Voleybol üzrə rayon birinciliyi keçirilib

Culfa Rayon Təhsil Şöbəsinin və Culfa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək həmişə sağlam olaq” devizi altında rayon ümumtəhsil məktəblərinin oğlanlar komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Tədbiri giriş sözü ilə Culfa Rayon Uşaq Gənclər İdman məktəbinin direktoru Şahin Qasımov və Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov açaraq tədbirin mahiyyəti haqqında məlumat verərək  komandalara uğurlar arzulamışdırlar.

Ardını oxu...

“Yetkinlik dövrünün çətinlikləri” mövzusunda tədbir keçirilmişdir

Naxçıvan Muxtar Respublikasında yaşayan yetkinlik yaşına çatmayanlarla aparılan profilaktiki işlərə dair tədbirlər planının icrasını təmin etmək məqsədilə Sədərək rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbində “Yetkinlik dövrünün çətinlikləri” mövzusunda tədbir keçirilib.

Tədbrdə Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin, Polis Şöbəsinin əməkdaşları və məktəbin VI-VIII sinif şagirdləri iştirak edib.

Ardını oxu...

“İngilis dilini necə öyrənirik?” devizi altında ingilis dilindən bilik yarışı keçirilmişdir

Naxçıvan Şəhər təhsil şöbəsi və Heydər Əliyev adına Uşaq Gənclər yaradıcılıq mərkəzinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəbləri arasında ingilis dilindən bilik yarışı keçirilmişdir. Bildiyiniz kimi ümumtəhsil məktəblərində I sinifdən başlayaraq ingilis dili tədris olunur. Daha çox dil bilmək insanın dünya görüşünün formalaşmasına müsbət təsir edir. Müxtəlif dillərin danışıldığı ölkələrdə insanların bir-biri ilə ünsiyyətini təmin etmək üçün çox vaxt ingilis dili rəsmi dil kimi çıxış edir. İstər elmi biliklərin öyrənilməsində, istər diplomatik münasibətlərin, istər geniş əlaqələrin qurulmasında, istərsədə xarici ölkələrə səfərlərdə ingilis dili əvəzedilməz funksiya ifadə edir.

Ardını oxu...

Yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib

Şahbuz Rayon Polis Şöbəsinin,Gənclər və İdman İdarəsinin,Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahbuz Rayon Sələsüz kənd tam orta məktəbində növbəti maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarında məktəbdənkənar tərbiyə müəssisələrinə, kitabxanalara, müxtəlif idman növlərinə cəlb olunmalarıdır. Şahbuz Rayon Polis Şöbəsinin  Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsi üzrə inspektoru  polis kapitanı Mirnəsir Seyidov, Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, Təhsil Şöbəsinin əməkdaşı Fikrət Cəfərov yetkinlik yaşına çatmayanların zərərli vərdişlərdən uzaqlaşdırılması, erkən nikah hallarına yol verilməməsi, onların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunması ilə bağlı ətraflı məlumat veriblər. Qeyd olunub ki, bu kimi hallarla qarşılaşmamaq üçün ailədə valideynlər, məktəbdə isə müəllimlər, psixoloqlar şagirdləri daim nəzarətdə saxlamalı, onlarla tez-tez maarifləndirici söhbətlər aparmalıdırla.

Laborator işlər canlandırılır

Təbiət fənlərinin qavranılmasında mövzuların dərinləşdirilməsi üçün laborator işlərin canlandırılması məqsədilə Yurdçu kənd tam orta məktəbinin IX sinfində məktəbin kimya müəllimi Gündüz Məmmədov tərəfindən “Metalların aktivlik sırası” mövzusunda laboratoriyada nümunəvi açıq dərs keçirilib.

Laboratoriyada təcrübənin aparılmasında əsas məqsəd şagirdlərdə reaktivlərlə davranmaq, kimyəvi təcrübələrin aparılması vərdişlərini möhkəmləndirmək, vərdişləri praktikada yoxlamaq, şagirdlərin laboratoriya şəraitində sərbəst işləməsini təmin etmək, düşünmə qabiliyyətini, dünyagörüşünü artırmaq, eyni zamanda nəzəri biliklərin isbat edilməsi və yaddaşda möhkəmləndirilməsidir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg