Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasının müzakirəsi keçirilmişdir

28 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbdə  “Oxunması zəruri olan kitablar" siyahısına daxil olan Nizami Gəncəvinin “Sirlər Xəzinəsi” poemasının müzakirəsi keçirilmişdir. Müzakirədə məktəbin şagirdləri, ədəbiyyat və ingilis dili müəllimləri iştirak ediblər. N. Gəncəvinin həyat və yaradıcılığından, poemanın məzmun və ideyasından  danışılıb, şagirdlər tərəfindən hazırlanmış səhnəciklər göstərilibdir.

Poemadan hissələr ingilis dilində qiraət olunmuşdur.

Kimya fənnindən açıq dərs keçirilmişdir

Fevralın 28-də Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseyin laboratoriyasında VIII sinif kimya fənnindən açıq dərs keçirilmişdir. Kimya müəllimi Qurban Babyev qeyri-üzvi birləşmələrin mühüm sinifləri mövzusunda müvafiq avadanlıqlardan istifadə edərək təcrübələr aparmışdır.Müəllim mis (II) xloridlə və natrium-hidroksid arasında CU2+, Mn 7+ Mn 3+ ionlarının təyini, Mg-un havada yanması, natriumun su ilə reaksiyası aparmış və sonda müşahidə olunan reaksiyası tənliklərini lövhədə yazıb uşaqlara geniş izah vermişdir. Aparılan təcrübbələr şagirdlərin kimya fənninə olan marağının artmasında və təcrübələr əsasında kimyəvi reaksiyaların öyrənilməsində olduqca yararlı olmuşdur.

Culfa şəhər 3 saylı tam orta məktəbində "Oxunması zəruri olan kitablar" la bağlı növbəti viktorina keçirilmişdir

Viktorinada 4 komanda olmaqla 16 şagird iştirak edirdi. Məktəbin təşkilatcısı Günel Quliyeva çıxış edərək  bildirdi ki, "Oxunması zəruri olan kitablar" la bağlı məktəbimizdə müntəzəm olaraq kitab müzakirələri və viktorinalar keçrilir. Bu tədbirlərin keçrilməsində məqsəd şagirdlərə kitab oxumaq sevgisi aşılamaqla yanaşı eyni zamanda gənc nəslin düzgün tərbiyə olunması, vətənpərvərlik hissinin,  milli dəyərlərə bağlılığın və düzgün dünyagörüşünün formalaşmasıdır. Daha sonra məktəbin kitabxanaçısı Fatma Nəzərova viktorinanın şərtləri ilə şagirdləri tanış etdi.

Ardını oxu...

Kürkənd tam orta məktəbində “Şən statlar” əyləncəli idman oyunu keçirilmişdir

27 fevral 2020-ci il tarixdə  Şərur Rayon Gənclər və  İdman  İdarəsinin və Şərur Rayon  Təhsil  Şöbəsinin  birgə təşkilatçılığı ilə Şərur Rayon Kürkənd tam orta məktəbinin  idman  zalında   “05 Mart Bədən Tərbiyyəsi və İdman günü”nə  həsr olunmuş  məktəbin  IV-V sinif  şagirdləri arasında “Şən statlar” əyləncəli idman oyunu keçirilmişdir. Yarışın sonunda Kürkənd tam orta məktəbinin direkroru Tuncay Cəfərov, Şərur Rayon Gənclər və İdman İdarəsinin rəisi Sahil Hüseynov və Şərur Rayon Uşaq Gənclər İdman Məktəbinin direkroru Pərviz Əsədov çıxış edərək yarış iştirakçılarının təbrik edib, gələcək həyatlarında müvəffəqiyyətlər arzulamışdlar.  Yarışda  20 şagird  iştirak  etmişdir. Gərgin və maraqlı  keçən  yarışda  V  sinif  komandası  32-31 hesabı  ilə  qalib olmuşdur.

Qalib komandanın  üzvləri təşkilatçılar tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılmışlar.

Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında dama birinciliyi keçirilmişdir

Fevralın 27-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin oğlan komandaları arasında dama birinciliyi keçirilmişdir. Yarışın açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov bildirmişdir ki, birinciliyin keçirilməsində məqsəd məktəbliləri zərərli vərdişlərdən kənarlaşdırmaq və onları sağlam həyat tərzinə uyğunlaşdırmaqdan ibarət olmuşdur.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg