28 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında onlayn şahmat birinciliyi keçirilib.
Yarışın təşkilində əsas məqsəd məktəblilər arasında şahmata marağı artırmaq, onların bacarıqlarını üzə çıxarmaq, şahmatın kütləviliyinə nail olmaq və şagirdlərin asudə vaxtlarının səmərəli keçməsini təmin etməkdən ibarət olub.
İmtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir)), tünd-göy və ya qara rəngdə yazan diyircəkli qələm və çertyoj alətlərini (xətkeş, pərgar və transportir) gətirməyi unutmayın;
Məlumdur ki, Azərbaycan respublikası ümumtəhsil məktəblərində tədris ilinin II yarısında (fevral ayından iyun ayına qədər) II-V siniflərdə Mülkimüdafiə dərsləri tədris olunur. Bu dərslərin tədrisində məqsəd şagirdlərə fövqəladə hallar, təbii fəlakətlər baş verən zaman özlərini və yaxınlarını təhlükələrdən qorumağı, təmkinli davranmağı, onların həyatı üçün nələrin təhlükəli olduğunu öyrənməkdir.
Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim, rezident və tələbələrinin “Sağlam ol” layihəsi çərçivəsində ümumtəhsil məktəblərinin şagirdləri ilə tanışlıq görüşü, praktik təcrübələr və “İlk tibbi yardım” simulyasiyasının təqdimatı keçirilmişdir. Əvvəlcə Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov Tibb fakültəsi, tədbirin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Bildirmişdir ki, cəmiyyət həyatı üçün gənclərin verdikləri qərarların əhəmiyyəti, gənclərin sağlam olmaları, yüksək təhsil göstəricilərinə malik olmaları və doğru peşə seçmələrinin əhəmiyyəti böyükdür.
Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbdə 28 fevral 2020-ci il tarixdə həmin məktəbin ingilis dili müəllimi Turac Hacıyevanın X sinfində “Natural Disasters” mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, məktəb rəhbərliyi, müəllimlər və Naxçıvan Şəhər 1, 7, 11 və 17 nömrəli məktəblərin ingilis dili müəllimləri iştirak etmişdir. Əvvəlcə dərsdə tarix fənni ilə inteqrasiya yaradılaraq şagirdlər tərəfindən fevral ayında baş verən hadisələr haqqında qısa məlumat verildi. Şagirdlərdə vətənpərvərlik hislərinin təbliği məqsədilə “Xocalı faciəsi” və Milli qəhrəman Mübariz İbrahimov haqqında danışıldı.