“Xocalı Soyqırımı” ilə əlaqədar olaraq “Xocalıda son gecə” sənədli filmi nümayişi olunmuşdur

“Təhsil və mədəniyyət müəssələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2019-2020-ci tədris ili üçün hazırlanmış Tədbirlər Planı”na əsasən, Naxçıvan şəhər Təhsil Şöbəsinin və Naxçıvan Dövlət Film Fondunun birgə təşkilatçılığına əsasən ayda bir dəfə olmaqla ümumtəhsil məktəblərinin şagirdlərinə Azərbaycanın tarixi, mədəniyyəti  ilə bağlı sənədli filmlərin, Azərbaycan kinofilmlərinin nümayişi təşkil edilir. 24 fevral 2020-ci il tarixdə  Naxçıvan Dövlət Film Fondunda Naxçıvan şəhər 12, 13, 14 nömrəli tam orta məktəblərinin hər birindən 20 şagird olmaqla cəmi 60  şagirdin iştirak ilə Xocalı Soyqırımının 28-ci il dönümü ilə əlaqədar olaraq “Xocalıda son gecə” sənədli filminin nümayişi olmuşdur.

Xatirə Muzeyində “Xocalı Soyqırımı-XX əsrin faciəsi” mövzusunda açıq dərs keçirilmişdir

Fevral 25-də Xatirə Muzeyində Naxçıvan şəhər Qarnizonu tam orta məktəbinin, 1, 2, 16 və 17 nömrəli tam orta məktəblərin şagirdlərinin  iştirakı ilə “Xocalı Soyqırımı-XX əsrin faciəsi” mövzusunda 13 nömrəli tam orta məktəbin tarix müəllimi İbrahimova Təhminə Cabbar qızı açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərə çatdırılmışdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır.

Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında onlayn şahmat yarışı keçirilmişdir

25 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında onlayn şahmat yarışı keçirilmişdir. Yarışda 8, 14, 16 və 17 nömrəli tam orta məktəblərindən ümumilikdə 24 şagird iştirak etmişdir. Yarışın keçirilməsində məqsəd şagirdlərə şahmat fənnini sevdirmək və qabaqcıl şahmatçıları müəyyənlişdirməkdir. Dairəvi sistem əsasında keçirilən yarışda  3 turdan sonra Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin komandası I yerin, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin komandası II yerin, Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin komandası III yerin qalibi olmuşdur.

“Xocalı faciəsi – qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirilib

Fevralın 24-də Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində Xocalı Soyqırımının 28-ci ildönümü ilə əlaqədar ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı faciəsi-qan yaddaşımızdır” adlı inşa yazı müsabiqəsi keçirilib.

İnşa yazı müsabiqəsinin keçirilməsində məqsəd Xocalı Soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, gənc nəsildə Vətənə sevgi hisslərinin aşılanması, Azərbaycan tarixinin təbliği, məktəblilərin dünyagörüşünün zənginləşdirilməsi və istedadlı şagirdlərin üzə çıxarılmasından ibarətdir.

Ardını oxu...

Müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib

Fevralın 24-də Naxçıvan Muxtar Respublikası  Şahmat Federasiyasının Kəngərli Rayon Bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və  Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “26 Fevral - Xocalı Soyqırımı”nın 28-ci ildönümü ilə əlaqədar sertifikasiyadan keçmiş, ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər arasında şahmat üzrə şəxsi birincilik keçirilib.

Yarışın  keçirilməsində əsas məqsəd müəllimlər arasında intellektual idman növü olan  şahmat oyununu təbliğ etmək, idman və dostluq əlaqələrini inkişaf etdirmək, eyni zamanda müəllimlərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg