Naxçıvan Dövlət Tarix Muzeyində Naxçıvan şəhər 11 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə həmin məktəbin tarix müəllimi Məmmədova Aytəkin açıq dərs keçmişdir. Açıq dərs zamanı şagirdlərə çatdırılmışdır ki, misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırım XX əsrin ən dəhşətli faciələrindən biridir. Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir.