27 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda yeniyetmələr arasında “Şəhidimiz” mövzusunda “Breyn rinq” intellektual oyunu keçirilmişdir. Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Gənclər Fondunun birgə təşkilatçılığı ilə keçirilən bu oyunda MR-in şəhər və rayonlarından 8 komanda iştirak etmişdir. Oyun zamanı verilmiş suallar əsasən vətəni yaxşı tanımaq, vətənpərvərlik hisslərinin aşılanması, şəhid və qəhrəmanlarımızın keçdiyi qəhrəmanlıq yollarını əhatə etmişdir. Yeniyetmələr arasında gərgin keçən mübarizə nəticəsində “Naxçıvan” komandası I yeri, “Culfa” komandası II yeri, “Şərur” komandası III yeri tutmuşdur.
Qaliblər təşkilatçıların hədiyyə, diplom və fəxri fərmanları ilə təltif olunmuşlar.