Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə baş tutan “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində daha bir uğura imza atılıb. Naxçıvan şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Zümrüd Babazadənin AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi Surə Rəhimovanın rəhbərliyi ilə apardığı “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Sarıçiçək, Böyürtkən və Yunanqozu bitkilərindən təbii boyaqların alınması” mövzusundakı tədqiqat işi yekunlaşıb.