Naxçıvan Muxtar Respublikasının bütün təhsil müəssisələrində tədris prosesi dayandırıldı

2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris prosesi  dayandırıldı.

Bu müddət ərzində həmin təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdiriləcəkdir.

Təhsil müəssisələrində tədris martın 27-dən yenidən bərpa olunacaq.

Tələbələrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasında dəyişiklik edilib

Nazirlər Kabineti “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bu Qayda əyani təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas, peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə dövlət büdcəsinin vəsaiti hesabına təqaüdlərin təyin edilməsi və ödənilməsi qaydalarını müəyyənləşdirir.

Ardını oxu...

Magistratura təhsili ilə bağlı qayda dəyişib

Nazirlər Kabineti “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə magistratura səviyyəsində əyani (tədrisə tam cəlb olunma – fulltime və tədrisə qismən cəlb olunma – parttime) və qiyabi təhsilalma formaları müəyyən edilib.

Ardını oxu...

Hünər, qəhrəmanlıq, cəsarət nümunəsi: Azərbaycan qadını

Günay Həsənbəyli ilə həmsöhbət olduğumuzda Bakı Dövlət Universitetini bitirdikdən sonra əmək yarmarkasında vakant yer kimi ilk sırada Sədərək Rayon Sədərək kənd 1 nömrəli tam orta məktəbiniseçərək fəaliyyətinə İnformatika müəllimi kimi başladığını bildirdi:

– Peşəmi də, şagirdlərimi də sevirəm. Dövlətin diqqət və qayğısısayəsində məktəbimiz müasir tələblərə cavab verən binada yerləşir. Təhsil ocağı şəhər və rayon mərkəzlərində fəaliyyət göstərən digər məktəblərdən heç də fərqlənmir.

Ardını oxu...

Təhsil işçiləri icbari tibbi sığorta ilə bağlı marifləndirilib

Təhsil işçilərinin icbari tibbi sığorta ilə bağlı marifləndirilməsi məqsədilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə  Naxçıvan Muxtar Respublikası Təhsil naziri Rəhman Məmmədov  açmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 26 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasında icbari tibbi sığortanın tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 2020-ci il yanvarın 1-dən etibarən muxtar respublikada icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Muxtar respublikada tibbi xidmətlərin keyfiyyətini daha da yaxşılaşdırmaq və müasir tələblərə uyğunlaşdırmaq, habelə əhalinin sağlamlığının etibarlı qorunmasını təmin etmək məqsədilə verilən bu qərarlar muxtar respublika əhalisinin sağlamlığına yüksək səviyyədə göstərilən qayğının bariz nümunəsidir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg