Culfa şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Abbas Məmmədovun uğur hekayəsi

2009-cu ildən cüdo ilə məşğul olan Abbas Məmmədov Naxçıvan cüdo məktəbinin ən istedadlı idmançısı hesab edilir. O, bir çox uğurlara imza atıb. 6 dəfə muxtar respublika çempionu olan Abbas ölkə birinciliklərində də daim mükafatçılar sırasına düşməyi bacarıb. Məhz bunun nəticəsidir ki, hazırda idmançımız Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının üzvüdür. 17 yaşının olmasına baxmayaraq, cüdoçumuz zəngin karyeraya malikdir: Türkiyədəki beynəlxalq turnirdə 3 gümüş, 2 bürünc, Ukraynadakı beynəlxalq turnirdə 1 bürünc, Rusiyadakı beynəlxalq turnirdə 3 bürünc, Gürcüstan və İrandakı beynəlxalq turnirlərdə 2 qızıl medal qazanıb.

Ardını oxu...

Şərur şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Gülcahan Əliyevanın idman uğurları

Məktəblilərimiz təhsil sahəsində qazandıqları uğurlarla yanaşı idman sahəsindəki uğurları ilə də fərqlənirlər. Şərur şəhər 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Əliyeva Gülcahan Malik qızının qazandığı uğurlar qürurvericidir.

Beynəlxalq aləmdə müxtəlif sahələrdə fərqlənən ölkəmiz, həm də idman sahəsində öz sözünü deyir. İdmanın bütün sahələrində isə ZƏRİF cinsin nümayəndələrinin uğurları görünməkdədir. Bu gün hətta ağırlıqqaldırma, boks  kimi idman növləri ilə də məşğul olan qızlarımız var. Belə idmançılardan biri - 16 yaşlı  Gülcahan Əliyeva ilə müsahibəmiz də elə  məşq zamanı baş tutdu.

Ardını oxu...

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri idman festivalında iştirak etmişdilər

Naxçıvan şəhərində yerləşən “Saat Meydanı” Turistik İstirahət Mərkəzində "5 mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman festivalı keçirilmişdir. Festivalda məktəblilərin idman sahəsində qazandığı uğurları və Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində yeni yaradılan robotexnika dərnəyinin təqdimatı olmuşdur.

Dərnək üzvləri hazırladıqları robotları nümayiş etdirmişdir.

Bu gün onların günüdür

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər və idman siyasəti bu gün uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da idman əsl yüksəliş dövrünü yaşayır, diyarımızda müasiridman infrastrukturunun yaradılması istiqamətində işlər də davamlı xarakter alıb. Naxçıvanda müasir idman obyektlərində təcrübəli məşqçilərin rəhbərliyi altında aparılan gərgin məşqlər böyük yarışlarda uğurlu nəticələr əldə edilməsinin başlıca şərtidir. Eynizamanda diyarımız hər il dünya və Avropa çempionatları, beynəlxalq və ölkədaxili turnirlərə ev sahibliyi edir.

Ardını oxu...

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu martın 11-də saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə (eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər.

Sənəd qəbulu haqqında elanın tam mətni ilə Dövlət İmtahan Mərkəzinin saytında tanış olmaq mümkündür.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg