Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başa çatır

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu bu gün saat 23:59-da başa çatacaq.

Dövlət İmtahan Mərkəzindən  bildirilib ki, abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ad və paroldan istifadə etməklə Mərkəzin müvafiq internet səhifəsinə

(eservices.dim.gov.az/erizetex/erize) daxil olub, “Abituriyentin elektron ərizəsi” formasını doldurur və ərizəni təsdiq edirlər. Ərizələrini sənəd qəbulu komissiyalarında təsdiq etdirməli olanlar saat 17:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

Sənəd qəbulu haqqında elanın tam mətni Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Martın 29-da keçirilməsi nəzərdə tutulan imtahan təxirə salınıb

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə  29 martda keçirilməsi planlaşdırılan imtahan təxirə salınıb.

Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, bu istiqamət üzrə imtahanın vaxtı imtahanların keçiriləcəyi tarixdən 1 həftə öncə elan olunacaq.

Ardını oxu...

Təhsil Nazirliyi teledərslərə start verir

Əziz şagirdlər, hörmətli valideynlər,

Martın 11-dən başlayaraq həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilir. Bu proqramda teledərslər bütün sinifləri əhatə edəcək, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunacaq.

İbtidai siniflərin daha çox müəllim dəstəyinə ehtiyacını nəzərə alaraq, 1-4-cü sinif şagirdlərini “Mədəniyyət” kanalının ekranı qarşısında gözləyəcəyik. Artıq müstəqil öyrəmə vərdişləri qazanmış 5-11-ci sinif şagirdləri ilə isə həftədə 2 dəfə görüşəcəyik.

Ardını oxu...

“Şahin” hərbi-idman oyunları keçirilmişdir

Naxçıvan şəhər ərazisində yerləşən “N” saylı hərbi hissədə 10 mart 2020-ci il tarixdə şəhər tam orta məktəblərinin komandaları arasında “Şahin” hərbi-idman oyunları keçirilmişdir. Yarış başlamazdan əvvəl yarışın baş hakimi Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanova raport vermiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Tədbirin açılış mərasimində çıxış edən Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov, Əlahiddə Ümumqoşun Ordusunun zabiti mayor Müseyib Abbasov, Təhsil Şöbəsinin nümayəndəsi Şahmar Hüseynov və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Naxçıvan Şəhər İdarəsinin nümayəndəsi baş leytenant Məhərrəm Əliyev yarış barəsində fikirlərini bildirərək gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi haqqında danışmış və şahinlərə uğurlar arzulamışlar.

Ardını oxu...

“Sabahın tədqiqatçıları” layihəsinin iştirakçısı Limonlu kəklikotundan ekstrakt və həb hazırladı

"Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə birlikdə “Sabahın tədqiqatçıları” layihəsi davam etdirilir.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin IX sinif şagirdi Kərimova Nigar Vəfadar qızı və elmi rəhbəri biologiya üzrə fəlsəfə doktoru, dosent Ələkbərov Ramiz Ələkbər oğlu “Naxçıvan Muxtar Respublikası ərazisində Limonlu kəklikotu növünün yayılması, tərkibindəki bioloji aktiv maddələrin və faydalı xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda apardıqları tədqiqat işinin nəticəsində limonlu kəklikotundan ekstrakt, həb və dəmləmə hazırlamaşdır. Eyni zamanda hazırladığı ekstraktın tərkibindəki bioloji aktiv maddələrin fotospektr vasitəsilə tərkibini araşdırmış və müəyyən nəticələr əldə etmişdir.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg