Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində alman dili müəllimliyi və digər vakant vəzifələrə işə qəbul üçün müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər 18 mart-18 aprel 2020-ci il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizədlər test imtahanında iştirak üçün 70 manat məbləği “şəxsi kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət Qulluğu Məsələləri

Ardını oxu...

Bayramınız mübarək!

 

Təhsil Nazirliyinin kollektivi təhsil ictimaiyyətini, o cümlədən valideynləri Novruz bayramı münasibətilə təbrik edir, can sağlığı, uğurlar arzulayır!

DİM tərəfindən 5 aprel 2020-ci il tarixində keçirilməsi nəzərdə tutulan buraxılış imtahanı təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib

Məlum olduğu kimi, 5 aprel 2020-ci il tarixində orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanının keçirilməsi, 16 mart – 14 aprel tarixlərində isə  ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə ərizə qəbulunun başlanılması  nəzərdə tutulurdu.

Koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən təxirəsalınmaz tədbirlərə uyğun olaraq qeyd olunan tarixlərdə keçirilməsi planlaşdırılan imtahanlar təxirə salınıb, ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulunun vaxtı isə dəyişdirilib.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin müəllimləri təltif olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında” 6 mart 2020-ci il tarixli Sərəncamı ilə təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə Hüseynova Məryəm Rzaqulu qızı və Abbasova Zəriş Tofiq qızı “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə təltif olunublar.

Hüseynova Məryəm Rzaqulu qızı - 1977-ci ildə Babək rayon Xətai kəndində anadan olub. 1994-cü ildə Babək rayon Sovedabad kənd orta məktəbini bitirib. Həmin il Naxçıvan Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinin fizika ixtisasına əyani formada daxil olub, 1998-ci ildə eyni ixtisas üzrə təhsilini başa vurub.

1994-2002-ci illərdə Babək rayon Nehrəm kənd 2 nömrəli orta məktəbində  müəllim, 2002-ci ildən bu günədək Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə müəllim işləyir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub

Martın 16-da Azərbaycan Respublikasının orden, medal və fəxri adlarının, eləcə də Naxçıvan Muxtar Respublikasının fəxri adlarının və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mükafatının təqdimat mərasimi keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmizdə sabitlik, inkişaf və tərəqqi vardır. Sabitlik, inkişaf və tərəqqi olan yerdə isə insanların əməyinə qiymət verilir, onlar dövlət mükafatları ilə təltif olunurlar. Bu gün təltif olunanlar da çalışdıqları sahələrdə fərqlənən insanlardır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg