Sınaq imtahanı buraxılış imtahanı modeli əsasında təşkil olunub. Belə ki, IX sinif test tapşırıqlarında Azərbaycan dili fənni üzrə 10-u qapalı və 10-u açıq, riyaziyyat fənni üzrə 10-u açıq, xarici dil fənni üzrə isə 6-sı açıq və 9-u qapalı suallar qeyd olunub.
XI sinif test tapşırıqlarında isə Azərbaycan dili fənni üzrə 20-si qapalı və 10-u açıq, riyaziyyat fənni üzrə 12-i açıq və 13-ü qapalı, xarici dil fənni üzrə 7-si açıq və 23-ü qapalı suallar təqdim edilib.
21 fevral 2020-ci il tarixdə Naxçıvanşünaslıq Mərkəzində elmi katib Nihat Tarverdiyev tərəfindən “Xocalı soyqırımı qan yaddaşımızdır” mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin IX-X sinif şagirdləri iştirak etmişdir. Açıq dərsdə qeyd olunmuşdur ki, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 28 il keçir.
21 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə “Oxunması zəruri olan kitablar” siyahısından Teodor Drayzerin “Dahi” romanının 2 dildə-Azərbaycan dili və İngilis dilində müzakirəsi aparılmışdır. Müzakirədə məktəbin VIII-X sinif şagirdləri, ədəbiyyat müəllimləri, Naxçıvan Universitetinin Azərbaycan dili və Ədəbiyyat ixtisasında təhsil alan təcrübəçi tələbələri də iştirak etmişlər.
Sədərək Rayon Təhsil Şöbəsinin, Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkialtçılığı ilə Sədərək kənd 2 nömrəli tam orta məktəbində multikulturalizm Tədbirdə Təhsil Şöbəsinin, İcra Hakimiyyətinin əməkdaşları, məktəbinmüəllimləri və məktəbin X-XI sinif şagirdləri iştirak edib.
Fevralın 21-də Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar olaraq faciə qurbanlarının xatirəsi anılıb.