Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində açıq dərslərin keçirilməsinə start verildi

Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları tərəfindən təsdiq olunmuş qrafik əsasında şəhər ümumtəhsil məktəblərində ayda 2 dəfə olmaqla açıq dərslər keçiriləcək. Dərslərin keçirilməsində məqsəd müəllimlərə metodiki köməklik göstərmək, dərsin mərhələlərinin icrası zamanı yaranmış hər hansı bir çətinliyin aradan qaldırılması üçün  istiqamət verməkdir.

Həmin qrafikə uyğun olaraq, 19 fevral 2020-ci il tarixdə Təhsil Şöbəsinin metodisti Rzayeva Natella 8 nömrəli tam orta məktəbdə VIII sinif şagirdləri üçün Biologiya fənnindən “Vitaminlər” mövzusunda  açıq dərs keçmişdir. Dərs proqram əsasında və dərs cədvəli üzrə  elektron lövhəli sinif otağında təşkil olunmuşdur.

Ardını oxu...

Şərur rayon Təhsil şöbəsində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti haqqında tədbir keçirilmişdir

19 fevral 2020-ci il tarixdə Şərur rayon Təhsil Şöbəsində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında tədbir keçirilmişdir. Tədbirdə rayonun ümumi təhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlər iştirak etmişdir.

Tədbiri giriş sözü ilə Təhsil Şöbəsinin müdiri Kamil Məmmədov açaraq Muxtar Respublikamızda idmana və idmançılara dövlət qayğısı ilə yanaşı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində böyük və əhəmiyyətli işlərin görülməsi haqqında məlumat vermişdir.

Ardını oxu...

Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar davam edir

Fevral ayının 19-da “Araz” kinoteatrında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar keçirilib.  Abituriyentlərin keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri  ilə bağlı onların məlumatlandırılması məqsədilə keçirilən seminarda Şahbuz Rayon Təhsil Şöbəsinin ümumtəhsil məktəblərinin XI siniflərində təhsil alan 140 şagird iştirak edib.

Ardını oxu...

Şəhər ümumtəhsil məktəbliləri arasında velosiped yarışı keçirilmişdir

18 fevral 2020-ci il tarixdə Uzunoba Su Anbarının ətrafında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin oğlan şagirdləri arasında velosiped idman yarışı üzrə şəhər birinciliyi keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyası, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 17 tam orta məktəbdən 51 idmançı iştirak etmişdir.

Ardını oxu...

Ali təhsil müəssisələrinə və kolleclərə ərizə qəbulunun vaxtı açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə (kolleclər) sənəd qəbulunun vaxtını açıqlayıb.

Ali təhsil müəssisələrinə qəbul imtahanları üçün ərizə qəbulu (I – V qruplar) martın 16-dan aprelin 14-dək aparılacaq.

Kolleclərə tam (11 illik) orta təhsil bazasında sənəd qəbulu martın 16-dan aprelin 14-dək, 9 illik orta təhsil bazasında isə fevralın 21-dən martın 11-nə kimi aparılacaq.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg