19 fevral 2020-ci il tarixində Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbin katabxanasında “21 fevral Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Təhsil Şöbəsinin əməkdaşları, məktəbin müəllim kollektivi və VII -X sinif şagirdləri iştirak etmişdir.
Bildirilmişdir ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.
Ardını oxu...
|
19 fevral 2020-ci il tarixdə Babək rayon ümumi təhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar şeir müsabiqəsi keçirilmişdir.
2 saat davam edən müsabiqədə 25 məktəbdən 32 şagird iştirak etmişdir. Məktəblərdən Babək qəsəbə 2 və 1 nömrəli tam orta məktəbləri, Nehrəm kənd 2 və 3 nömrəli tam orta məktəbləri, eləcə də Didivar, Şıxmahmud, Hacıvar, Uzunoba kənd tam orta məktəbləri fəallıq göstəriblər.
Ardını oxu... Fevralın 19-da Xanəgah kənd tam orta məktəbində Culfa Rayon Polis Şöbəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanların marifləndirilməsi məqsədi ilə tədbir keçirilib. Tədbirdə Culfa Rayon Təhsil Şöbəsinin Metodkabinetin müdiri Kamran Cəfərov, Culfa Rayon Polis Şöbəsi Əlincə Polis bölməsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru, polis kapitanı Elxan Məhərrəmov, Culfa Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elçin Cəfərov çıxış edərək diqqətə çatdırıblar ki, bu gün muxtar respublikada yeniyetmə və gənclərin milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sosial şəbəkələrdən təhlükəsiz istifadəsinə, Naxçıvan turizm potensialı məqsədilə təbliğ olunması, tütün məhsullarının istifadəsinin zərərli təsirləri eləcə də sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir.
Ardını oxu... 
19 fevral 2020-ci il tarixdə Xatirə Muzeyində Naxçıvan şəhər 10, 11, 12, 15 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “Xocalı soyqırımı-XX əsrin faciəsi” mövzusunda muzeyin bələdçisi Qədimova Elvira açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərə çatdırılmışdır ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 28- il ötür.
Bu soyqırım bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, ümümiyyətlə, bütün bəşəriyyətə qarşı edilən tarixi bir cinayətdir.
Ardını oxu... 19 fevral 2020-cu il tarixdə Naxçıvan şəhər 3, 4, 5, 8 nömrəli tam orta məktəbinin V-IX sinif şagirdlərinin iştirakı ilə Cəlil Məmmədquluzadənin Ev Muzeyində 4 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Əliyeva Vüsalə “Azərbaycan tənqidi realizmin yaradıcısı Cəlil Məmmədquluzadə” mövzusunda açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərə bildirmişdir ki, bənzərsiz nasir, kiçik hekayənin böyük ustadı, qüdrətli dramaturq, vətandaş-publisist, azərbaycançılıq ideologiyasının yaradıcılarından biri, Azərbaycan ədəbiyyatında “ Molla Nəsrəddin” ədəbi məktəbinin, tənqidi realizmin banisi kimi geniş şöhrət qazanmış görkəmli yazıçı və tanımış ictimai xadim Cəlil Məmmədquluzadədir.
Ardını oxu... |
|