Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Yaradıcı Gənclər Akademisayı”na start verilmişdir

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Murad Babayev  çıxış edərək bildirmişdir ki, məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ötən il Mərkəzdə Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri yaradılıb.

Ardını oxu...

Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş “Tarixin qan yaddaşı – Xocalı” adlı tədbir keçirilib

21 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Qıvraq qəsəbə tam orta məktəbində Xocalı Soyqırımının 28-ci ildönümünə həsr olunmuş  “Tarixin qan yaddaşı – Xocalı” adlı tədbir keçirilib.

Əvvəlcə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardını oxu...

“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar Şərur və Sədərək rayonlarında keçirildi

Buraxılış və qəbul imtahanlarına hazırlaşmaq, düzgün ixtisas seçimi etmək, toplanan bala uyğun ali təhsil müəssisəsinin seçmək, imtahanqabağı psixoloji hazırlıq, diqqətin toplanması, stressdən azad olmaq yolları, düzgün qurulmuş hazırlıq prosesi və pozitiv düşüncə, əməl edilməli olan qida rasionunun seçilməsi  hər bir məzun üçün  vacib məqamlardan hesab olunur. Bütün bunlara düzgün və vaxtında əməl etmək isə hər bir abiturientin uğur qazanmasına səbəb olan başlıca amillərdəndir.

Ardını oxu...

Naxçıvan Qarnizonu Tam orta məktəbində “Beynəlxalq Ana dili Günü” ilə bağlı tədbir keçirilib

21 fevral 2020-ci il tarixində Naxçıvan Qarnizonu Tam orta məktəbində 21 Fevral-“Beynəlxalq Ana Dili Günü” ilə bağlı tədbir keçirildi.Tədbirdə məktəbin müəllim kollektivi və şagirdləri iştirak etdi.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Sonra tədbiri Naxçıvan Qarnizonu Tam orta məktəbin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov  açdı. Beynəlxalq Ana Dili Günü YUNESKO-nun 30-cu  sessiyasında təsis edilib və 21 fevral 2000-ci ildən dünyada dil və mədəniyyət rənga-rəngliyini qoruyub saxlamaq üçün qeyd edilir.

Ardını oxu...

Şərur şəhər Fizikia- Riyaziyyat Təmayüllü Liseydə “21-fevral Beynəlxalq Ana Dili günü” münasibətilə tədbir keçirilmişdir

Liseyin direktoru Cavanşir Quliyev Beynəlxalq Ana Dili günü münasibətilə liseyin müəllim və şagird kollektivini təbrik etmiş və bildirmişdir ki, dil real və mücərrəd irsin qorunması və inkişaf etdirilməsi üçün ən mükəmməl bir alətdir. Ana dilinin yayılması üçün atılmış hər bir addım təkcə çoxdilliliyin tədrisi deyil, həmçinin dilçilik və mədəni ənənələr haqda biliklərin artması, qarşılıqlı anlayış, dözümlülük və dialoq üzərində qurulmuş həmrəyliyi inkişaf etdirmək məqsədi daşıyır. Dil cəmiyyətin ən dəyərli mənəvi sərvətidir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg