Naxçıvan Müəllimlər İnstitutunda tədris planlarına uyğun olaraq ibtidai sinif müəllimliyi, riyaziyyat və informatika müəllimliyi və məktəbəqədər təlim və tərbiyə ixtisaslarının pedaqoji təcrübəsinin başlanğıc konfransı olub.
Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və pedaqoji təcrübəyə başlayacaq tələbələr iştirak ediblər.
18 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “26 fevral Xocalı Soyqırımı günü” ilə əlaqədar olaraq "Xocalı uşaqların gözü ilə" mövzusunda dərnək üzvülərinin əl işlərindən ibarət “Rəsm” sərgisi keçirilib.
İntellektual idman növü kimi şahmatın inkişafına muxtar respublikamızda ciddi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək istifadəyə verilib, həmin məktəblərin maddi-texniki bazası gücləndirilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində interaktiv dərslərin təşkili üçün hər cür şərait yaradılıb.
“Naxçıvan” Universitetində “Pedaqoji” və “Xarici dillər” fakültələrinin əyani şöbə tələbələrinin 2019-2020-ci tədris ilinin ikinci yarısında keçəcəkləri pedaqoji təcrübəyə həsr edilmiş başlanğıc konfransı olub.
17 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin kimya, biologiya və fizika laboratoriyalarında açıq dərslər keçirilmişdir. 