5 fevral 2020-ci il tarixdə Ə.Ağayev adına 8 nömrəli tam orta məktəbin müəllimi Səfərova Vəfa Məmməd qızı “Coğrafiya həftəsi” çərcivəsində “Dünya okeanının yaranması” mövzusunda nümunəvi dərs keçmişdir. Nümunəvi dərsdə məktəb şagirdləri arasında “Vətəni tanı” adlı müsabiqə və şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunmuşdur.
Müsabiqənin sonunda dərsdə fəal iştirak edən və sərgidə əl işləri nümayiş olunan şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomlarla mükafatlandırılmışdır.
Sədərək rayon Təhsil şöbəsinin və Uşaq Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində Uşaq Gənclər İdman məktəbinin qızlardan ibarət stolüstü tennis bölmələrinin birinciliyi keçirilmişdir. 

Sədərək kənd 2 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ilə bağlı Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında Rəsm müsabiqəsi keçirilmişdir.