I sinifdə yarımil qiymətləri çıxarılmalıdırmı?

Müəllimlərin tez-tez ünvanladığı suallardan biri də   I siniflərdə heç bir qiymətləndirmə olmadığına görə jurnalda yarımil qiymətləri çıxarılması ilə bağlıdır.

I sinif jurnalında yarımil qiymətlər  çıxarılmayacaq. Ümumiyyətlə, I sinifdə summativdən söhbət gedə bilməz.  Əslində, I siniflərdə heç bir summativqiymətləndirmə aparılmır. Amma təbii ki, müəllim şagird bacarığını müəyyənləşdirməküçün formativ qiymətləndirmə aparmalıdır.  Bunun üçün müxtəlif təcrübələrdən istifadə oluna bilər. Məsələn, müəllim I sinif şagirdini qiymətləndirmək üçün ona ulduz verə bilər.

Bu, normaldır. Amma rəsmi summativ qiymətləndirmə aparılmayacaq.

Eksternat təhsilalma forması üzrə yekun qiymətləndirmə keçiriləcək

Eksternat təhsilalma forması üzrə aralıq imtahanlarında uğur qazanmış şəxslər üçün yekun qiymətləndirmə keçiriləcək.

Ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə yekun imtahanların I mərhələsi 29 mart, II mərhələsi isə 5 iyul tarixlərində olacaq.

Tam orta təhsil səviyyəsi (XI sinif) üzrə isə yekun imtahan 26 aprel tarixində keçiriləcək.

“Ulu yurdum Naxçıvanım” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ilə əlaqədar fevralın 6-da muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ulu yurdum Naxçıvanım” mövzususnda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Heyran Əhmədova Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da dövlətçilik tariximizdə baş vermiş mühüm hadisədən-Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb.

Ardını oxu...

Kəngərli rayon məktəbliləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

Fevralın 6-da Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı ildönümü ilə əlaqədar V-VIII sinif şagirdləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilib.

İntellektual oyunun keçirilməsində məqsəd şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfüzunu artırmaq, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda intellektual oyunlara məktəblilərin marağının artırılmasıdır.

Ardını oxu...

Babək Rayonunda inşa yazı müsabiqəsi keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-cı il dönümünun qeyd olunması ilə əlaqədar Babək rayon ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri arasında “Ulu yurdum Naçıvanım” mövzusunda inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqədə Güznüt kənd tam orta məktəbinin XI sinif şagirdi Babayeva Aysun Əsəd qızı 1-ci yerə, Şəkərabad kənd tam orta məktəbinin X sinif şagirdi Hüseynova Səkinə Füzuli qızı 2-ci yerə və Didivar kənd tam orta məktəbinin IX sinif şagirdi Ağayeva Nuray Murad qızı 3-cü yerə layiq görülərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən “Ulu yurdum Naxçıvanım” mövzusunda inşa yazı müsabiqəsində iştirak etmək hüququ qazanıblar.

Qaliblər Təhsil Şöbəsinin diplomları ilə təltif olunmuşlar.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg