Fevralın 5-də Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin VII sinif şagirdləri üçün kimya müəllimi Əhmədova Nahidə Yusif qızı laboratoriyada “Kimyəvi reaksiyaların tipləri“ mövzusunda açıq dərs keçmişdir. Dərs zamanı qruplarla və kollektivlə iş təlim formalarından və Venn diaqramı, klaster, əqli hücum iş üsullarından istifadə olunmuşdur. Kimyəvi reaksiyaların mövcud olan 4 tipi də əyani şəkildə təcrübələr vasitəsilə öyrənilmişdir. Parçalanma reaksiyalarına nümunə olaraq, ammonium bixromatın, kalium permanqanatın parçalanması təcrübələri, birləşmə reaksiyalarına uyğun olaraq, alüminiumun yodla reaksiyasından alüminium-yodidin yaranması təcrübəsi yerinə yetirilmişdir.