Ordubad rayon Texniki Yaradıcılıq Mərkəzinin dərnək üzvləri uşaqların qış tətilinin səmərəli keçirilməsi məqsədilə Ordubad rayonunda yerləşən muzeylərə ekskursiya ediblər. Dərnək üzvləri Ordubad şəhərində yerləşən Akademik Yusif Məmmədəliyevin Ev Muzeyində olub. Məlumat verilib ki, muzey 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, alimin qazandığı misilsiz elmi nailiyyətlərinin uğuru nəticəsində 75 illiyi münasibətilə yaradılıb. Muzey dörd ekspozisiya zalından ibarətdir. Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər nümayiş etdirilir.