Babək rayon ümumi təhsil məktəblərində yetkinlik yaşına çatmayanlarla profilaktik söhbət aparılmışdır


Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi,  Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təsdiq etdiyi tədbirlər planına uyğun olaraq 03 fevral 2020-ci il tarixdə Babək Rayon Polis Şöbəsinin əməkdaşı Kamran Gözəlovun, Təhsil Şöbəsinin əməkdaşı Toğrul Kərimovun, Gənclər və İdman İdarəsinin rəisi Elvin Əliyevin iştirakı ilə Nehrəm 1,  2  və 3 nömrəli kənd tam orta məktəblərində maarifləndirici tədbir keçirilmişdir.

Ardını oxu...

Fizika, kimya və biologiya fənləri üzrə laborator-təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib


Muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya fənlərini tədris edən və 27-31 yanvarda  Naxçıvan Dövlət Universitetində laborator-təlimdə iştirak edən müəllimlərə sertifikatlar təqdim edilib.

Naxçıvan Dövlət Universitetinin rektoru  Elbrus İsayev çıxış edərək qeyd etmişdir ki, bu gün təhsilə göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Ali təhsil müəssisələri ilə ümumtəhsil məktəbləri arasında yaradılan geniş əlaqələr həm müəllim potensialının güclənməsinə, həm də səmərəliliyinin artmasına stimul yaradır.

Ardını oxu...

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb.

Qış tətili 27-31 yanvar tarixlərini əhatə edib.

Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib.

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib.

Naxçıvan Dövlət Texniki Kollecində kitab müzakirəsi keçirilib

Naxçıvan Dövlət Texniki Kollecində publisist-politoloq Reyhan Mirzəzadənin “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” kitabının müzakirəsi olub.

Kollecin direktoru Asəf Ruşanov qeyd edib ki,  “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat”  əsəri Naxçıvanla bağlı tarixi məqamların ortaya çıxarılması və geniş auditoriyaya çatdırılması baxımından  dəyərli bir töhfədir.

Bildirilib ki, “Oxunması zəruri olan kitabların siyahısı”na salınan bu əsər elmi və tarixi nəşrdir. Dəqiq tarixi həqiqətlər, xəritələr, şəkillər və digər sənədlərin əsasında hazırlanan bu kitab təkcə Azərbaycan tarixinin araşdırılmasında vacib rol oynamır.

Ardını oxu...

Kəngərli rayonunda stolüstü tennis idman növü üzrə yoldaşlıq görüşü keçirilib

01 fevral 2020 – ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin Fəaliyyət Planına uyğun olaraq “2 Fevral-Gənclər Günü” münasibətilə Təhsil Şöbəsinin və Uşaq–gənclər idman məktəbinin təşkilatçılığı ilə Qıvraq qəsəbə və Şahtaxtı kənd tam orta məktəblərinin şairdləri arasında stolüstü tennis idman növü üzrə yoldaşlıq görüşü keçirilib. Tədbiri giriş sözü ilə açan Təhsil Şöbəsinin əməkdaşı Ələkbər Ələkbərov bildirib ki, Azərbaycanın gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılmasına xüsusi diqqət yetirilir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg