Prezident İlham Əliyev Vasif Talıbova “Şərəf” ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib.

NUHÇIXAN xəbər verir ki, Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında görülən işlər barədə dövlətimizin başçısına məruzə edib. O, 2019-cu ildə Naxçıvanda sosial-iqtisadi, kənd təsərrüfatı, tikinti, turizm və digər sahələrdə qazanılan uğurlardan danışıb və bütün bu uğurların əldə olunmasında Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğını dərin minnətdarlıq hissi ilə qeyd edib.

Ardını oxu...

“İntellektual Oyunlar Olimpiadası”nın Naxçıvan şəhər mərhələsi keçirilmişdir

 

4 fevral 2020-ci il tarixdə Naxçıvan şəhər Gənclik Mərkəzində yeniyetmələr arasında keçirilən “İntellektual Oyunlar Olimpiadası” çərçivəsində “Xəmsə”, “Poliqon” və “Vətəni tanı” İntellektual oyunlarının Naxçıvan şəhər mərhələsi keçirilmişdir. ”İntellektual Oyunlar Olimpiadası”nın keçirilməsində məqsəd yeniyetmələri intellektual fəaliyyətə cəlb etmək, onların bu sahədə bilik və bacarıqlarını, elmin nüfuzunu artırmaq, dünyagörüşünü və zehni inkişafını stimullaşdırmaqdır. Ümumilikdə, oyunlarda şəhər ümimtəhsil məktəblərindən 92 şagird iştirak etmişdir.

Ardını oxu...

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qız komandaları arasında basketbol birinciliyi keçirilmişdir

4 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının 96-cı ildönümü münasibətilə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında basketbol birinciliyi keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edənlər bildirmişdir ki, bu yarışı keçirməkdə məqsəd qız şagirdləri basketbol idman növünə cəlb etmək və Naxçıvan şəhərinin yığma komandasının tərkibini müəyyənləşdirməkdən ibarətdir.

Ardını oxu...

Naxçıvan Dövlət Tarix Muzeyində “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda açıq dərs keçirilib

3 fevral 2020-ci il tarixdə Naxçıvan Dövlət Tarix Muzeyində “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda Naxçıvan şəhər 10 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə həmin məktəbin tarix müəllimi Baxşəliyeva Xatirə açıq dərs  keçirilib. Açıq dərsdə Naxçıvanın Muxtariyyət Tarixindən bəhs olunmuşdur. Şagirdlərə bildirilmişdir ki, 1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvan diyarında 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir. Bununla Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və şərəfli inkişaf yolu keçmişdir.

Sonda şagirdlər muzeyin ekspozisiyası ilə yaxından tanış olmuşlar.

Heydər Əliyev Muzeyində “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda açıq dərs keçirilib

3 fevral 2020-ci il tarixdə Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin  iştirakı ilə “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda açıq dərs keçirilib. Dərs zamanı şagirdlərə bildirmişdir ki, Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Həyatı boyu, respublikaya rəhbərliyinin bütün dövrlərində Ulu öndər sağlam, normal gəncliyin, bu dövlətə sahib dura biləcək bir nəslin yetişməsinə xidmət etmişdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg