Xan Sarayı Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində açıq dərs keçirilmişdir

Fevralın 7-də Xan Sarayı Dövlət-Tarix Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində Naxçıvan şəhər 1, 2, 16, 17  nömrəli tam orta məktəblərinin şagirdlərinin iştirakı ilə “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda 15 nömrəli tam orta məktəbin tarix müəllimi Cabbarova Süsən  açıq dərs  keçmişdir. Açıq dərs zamanı şagirdlərə çatdırılmışdır ki, Naxçıvan diyarı heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etməmiş, bütün dövrlərdə dünyanın bir çox dövlətləri üçün də böyük coğrafi-siyasi və strateji əhəmiyyət kəsb etmişdir.

Ardını oxu...

Voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir

Fevralın 7-də Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin idman zalında məktəblərdə dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan şəhər ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlərdən ibarət komandalar arasında voleybol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Tədbirin açılış mərasimində çıxış edənlər yarışın keçirilmə məqsədi haqqında danışmış və komandalara uğurlar arzulamışlar.

Ardını oxu...

Yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərə dair tədbir keçirilmişdir

Ordubad Rayon İnternat və şəhər 3 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərə dair tədbirlər planına əsasən tədbir keçirilmişdir. Tədbirdə çıxış edənlər diqqətə çatdırıblar ki, yetkinlik yaşına çatmayanların milli mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarını səmərəli keçirilməsi vacib istiqamətlərdən biridir.

Ardını oxu...

Dərnək üzvləri Bəhruz Kəngərli Muzeyində tədbir keçiriblər

Azərbaycan realist rəssamlıq məktəbinin banisi Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümü ilə  əlaqədar Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzi “Bəhruz Kəngərli Muzeyi”ndə tədbir təşkil etdi. Tədbirdə Mərkəzin dərnək rəhbərləri, dərnək üzvləri və muzeyin əməkdaşları iştirak etdi. Əvvəlcə  tədbir iştirakçıları gənc rəssamın abidəsini ziyarət etdilər. Tədbir muzeydə davam etdirildi. Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzinin direktoru Nubar Allahverdiyeva “Azərbaycan Xalq Rəssamı Bəhruz Kəngərlinin örnək həyatı” mövzusunda məruzə etdi.

Ardını oxu...

“Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda interaktiv dərs keçilib


Fevralın 7-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Dövlət Bayrağı Muzeyi arasında “Naxçıvanın muxtariyyəti: tarix və müasirlik” mövzusunda interaktiv dərs keçilib.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 96-ci ildönümü ərəfəsində təşkil olunan interaktiv dəsrdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixində əhəmiyyəti, Naxçıvanın muxtariyyət statusu, inkişaf yolu və müstəqillik illərində  muxtar respublikanın həyatının bütün sahələrində fasiləsiz aparılan irimiqyaslı quruculuq və abadlıq işləri haqqında məlumat verib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg