“Məktəb idarəçiliyi və sənədləşmə işləri” mövzusunda seminar davam edir

Təhsildə daim təkmilləşdirilməyə ehtiyac duyulan istiqamətlərdən biri təhsilin idarə olunmasıdır ki, onun da əsas istiqamətləri təlim-tərbiyə işinin düzgün planlaşdırılması, tədris-pedaqoji,  məktəb sənədlərinin aparılması və saxlanması, kargüzarlığın təşkilidir. Bu mənada Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəbinə rəhbərliyin səviyyəsinin yüksəldilməsi, məktəb sənədlərinin və kargüzarlığın təlimata uyğun aparılması, dövlət nümunəli təhsil sənədlərinin vaxtında  və düzgün işlənilməsi, sənəddəki məlumatların düzgünlüyü üçün vəzifəli şəxsin məsuliyyəti, eləcə də  Şəhər və Rayon Təhsil şöbələrinin dövlət qulluqçularının əmək funksiyalarına dair seminarlar davam etdirilir.

Ardını oxu...

Sınaq imtahanına qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat 11 fevral saat 10:00-dək aparılacaqdır.

Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.

Ardını oxu...

Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində olublar

Fevralın 8-də Naxçıvan Şəhər Təhsil Şöbəsinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində ekskursiyada olublar. Muzey haqqında məlumat verən bələdçi Sevin Səbzəliyeva bildirmişdir ki, Naxçıvanın zəngin təbii sərvətləri, ecazkar təbiəti, flora və faunası ta qədim zamanlardan xalçaçılığın təşəkkülünə rəvac verib. Bununla yanaşı muzeydə hal hazırda 4000-nə yaxın eksponant vardır ki, bunlardan 393 ədədi ekspozisiya zallarında nümayiş olunur. Həmçinin bələdçi muzeydə olan xalçalar, xalçaçılıq sənəti, xovsuz və xovlu xalça növləri,  habelə məfrəş, xurcun, torba kimi məmulatların ən gözəl nümunələri haqqında geniş məlumat vermişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası-96

Naxçıvan Muxtar Respublikasının yaradılması tarixi nailiyyətdir

Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda şərəfli bir yol keçmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.Naxçıvan Muxtar Respublikasının yaradılması isə Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsinə çevrilmişdir.

Ardını oxu...

"Sabahın tədqiqatçıları" layihəsi uğurla icra olunur

 

 

Sabahın tədqiqatçıları layihəsinin iştirakçısı Rzayev Aydın Coşqun oğlu və elmi rəhbər Akif Bayramov "Çay sularının üzvi çirklənməsinin bioloji analizi" mövzusunda tədqiqat işini aparmaq üçün Naxçıvan çay ərazisində olub  və su dibində yaşayan makrobentik orqanizimləri araşdırılıb.

Sonra çay suyundan alınan nümunələr laboratoriya şəraitində binokulyor mikroskop altında müayinə edilmişdir.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg