“Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

 

14 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Yurdçu kənd tam orta məktəbində “21 Fevral – Beynəlxalq Ana Dili Günü” ilə əlaqədar rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

İnşa müsabiqəsinin keçirilməsində məqsəd ana dilimizin zənginliyi, onun yaşadılması və təbliğ edilməsi barədə şagirdləri məlumatlandırmaq, məktəbliləri milli-mənəvi dəyərlərə hörmət və vətənpərvərlik ruhunda tərbiyə etmək, şagirdlərin yaradıcılıq potensialının inkişaf etdirilməsi, məktəblilərin asudə vaxtlarının səmərəli təşkil edilməsindən ibarətdir.

Ardını oxu...

Fənlərarası inteqrasiya əsasında innovativ dərs keçirilmişdir

 

Naxçıvan Qızlar liseyində biologiya , coğrafiya və fizika fənlərinin qarşılıqlı inteqrasiyası əsasında “Dalğalar” mövzusunda innovativ dərs keçirilmişdir. Dərs liseyin əməkdar müəllimi Yeganə Mustafayeva, gənc müəllimlər Nahirə Tağızadə və Zeynəb Mustafazadə tərəfindən keçirilmişdir.

Dərsin biologiya fənninə inteqrasiyasındakı məqsəd səs dalğalarının insan həyatındakı rolunu aydınlaşdırmaqdır. Belə ki, ətraf aləmin dərk edilməsində eşitmə orqanı çox böyük əhəmiyyət daşıyır. Çünki biz eşitmə orqanımız sayəsində baş verən hadisələri dərk edirik, müxtəlif səslərdən zövq alırıq və özümüzü təhlükələrdən qoruyuruq .

Ardını oxu...

Məktəbli rəssamlar üçün ustad dərsi keçirilib

 

14 fevral Babək rayon Uşaq Yaradıcılıq Mərkəzinin ''Rəsm'' dərnəyi üzvlərinə və Babək rayon orta məktəbinin şagirdlərinə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ustad dərsi keçirilib.
Ustad dərsini Azərbaycan Respublikasının Əməkdar rəssamı Həsən Qurbanov keçib.
Ustad dərslərinə böyük önəm verən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyevada bu dərsdə iştirak edib, dərsin mahiyyəti haqqında şagirdlərə geniş məlumat verib.

Ardını oxu...

Babək rayon məktəbliləri arasında “Mənim ana dilim” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

Babək rayon ümumtəhsil məktəblərinin  IX-XI  sinif şagirdləri arasında “Mənim ana dilim” mövuzusunda inşa yazı müsabiqəsinin rayon mərhələsi keçirildi. Müsabiqədə Babək rayon qəsəbə 1 nömrəli və 2 nömrəli, Cəhri kənd 1 və 2 nömrəli tam orta məktəblərinin, Didivar, Kərimbəyli, Güznüt, Zeynəddin, Yarımca,Vayxır, Şəkərabad, Xal-xal, Hacıvar, Xəlilli kənd tam orta məktəblərin  IX-XI  sinif şagirdləri iştirak etmişdir.

Müsabiqənin nəticələrinə əsasən,

I yerin qalibi-Babək rayon qəsəbə 1 nömrəli tam orta məktəbin X sinif şagirdi İmanova Arzu Firdovsi qızı

Ardını oxu...

Cəil Məmmədquluzadənin Xatirə muzeyində ədibin anma günü keçirilib

Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyinin yaradılmasının 7-ci ildönümündə Şərur rayon mədəni maarif müəssələrinin əməkdaşlarının iştirakı ilə görkəmli ictimai xadimin anım günü keçirilmişdir.

Tədbirdə muzeyin direktoru Həcər Əsgərova “Cəlil Məmmədquluzadənin Cəlilkənddə Xatirə Muzeyi xalqımızın sərvətlər xəzinəsidir” mövzusunda çıxışı dinlənilmişdir.

Şəhriyar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Zəhra Musayeva "Ədəbiyyatımıza doğan Cəlil Məmmədquluzadə Günəşi” mövzusunda çıxış edərək bildirmişdir ki, “XX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri böyük yazıçı, publisist, mütəfəkkir və ictimai xadim  Cəlil Məmmədquluzadə bu gün, əsrimizin sonunda bizim üçün mənəviyyat mənbəyidir, mənəvi dayaqdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg