“Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Fevralın 12-də Naxçıvan şəhər ümumtəhsil məktəb şagirdləri arasında “Mənim ana dilim” mövzusunda inşa yazı müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin vətəninə, xalqına, ana dilinə olan sevgisi və hörmətini, bədii-estetik düşüncələrini üzə çıxarmaq və onu inkişaf etdirməkdir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.

Ardını oxu...

Sədərək rayon Tarix Diyarşünaslıq muzeyində açıq dərs keçirilmişdir

Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə,  Sədərək rayon Tarix Diyarşünaslıq muzeyində Naxçıvanın Muxtariyyət statusu almasının 96-cı ildönümü münasibətilə açıq dərs keçirilmişdir. Dərsdə Sədərək rayon Sədərək kənd 1 nömrəli məktəbin X-XI sinif şagirdlərinə məktəbin tarix müəllimi Vurğun Əsgərli məlumat verərək qeyd etmişdir ki, Naxçıvanın ən qədim zamanlarından başlayaraq tarixi haqqında məlumat verərək bildirilmişdir ki, Naxçıvanda hələ eradan əvvəl III minilliyə aid şəhər mərkəzlərinə rast gəlinmişdir.

Ardını oxu...

Yetkinlik yaşına çatmayanlarla profilaktiki işlərə dair tədbir keçirilmişdir

Şərur rayonun Xanlıqlar kəndində sağlam həyat tərzi eləcə də tütün məhsullarının istifadəsinin zərərli təsirləri,erkən nigah və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi mövzusunda tədbir keçirildi.

Tədbirdə Təhsil şöbəsinin aparıcı məsləhətçisi Orucov Gündüz Hüseyn oğlu, İcra hakimiyyətində yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiyəsi üzrə komissiyanın üzvü Seyidov Mirkərim Mirhüseyn oğlu, Şərur Rayon Polis Şöbəsinin əməkdaşı  yetkinlik yaşına çatmayanların hüquqlarının müdafiyəsi üzrə sahə inspektoru Məhərrəmov İsa Məhərrəm oğlu və İdman idarəsinin rəisi Hüseynov Sahil Azər oğlu iştirak etmişlər.

Ardını oxu...

“Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar Kəngərli rayonunda keçirildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə tərtib olunan qrafikə uyğun olaraq ötən aydan start verilmiş “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda seminar davam edir. Növbəti seminar fevralın 12-də Kəngərli rayon ümumtəhsil məktəblərində təhsil alan XI sinif şagirdləri üçün təşkil edildi.

Seminarda abituiyentərə ’“2020/2021-ci tədris ili üçün bakalavriat səviyyəsi üzrə qəbul planı və 2020-ci ildə keçiriləcək qəbul imtahanının tarixləri”, “Buraxılış və qəbul imtahanlarına hazırlıq, ixtisas seçimi zamanı nələrə diqqət etməli”, “Abituriyentlərə imtahan qabağı psixoloji dəstək” mövzularında çıxış edərək  abituriyentlərə keçiriləcək imtahanlara psixoloji cəhətdən hazır olmaları, imtahan dövrü nələrə diqqət etmələri ilə bağlı məlumatlar verilmişdir.

Ardını oxu...

Laboratoriyada açıq dərs keçirilmişdir

Nəzəri biliyin mənimsədilməsi metodları şagirdlərin şüurunda düzgün elmi anlayışların yaradılması və dərk edilməsi baxımından olduqca mühümdür. Bu məqsədlə Ordubad rayon Tivi, Bist, Xurs, Nəsirvaz məktəblərinin şagird və müəllimlərinin iştirakı ilə Bist kənd tam orta məktəbində Kimya və Biologiya fənlərindən nəzəri biliklərin laborator təcrübələrlə möhkəmləndirilməsi üçün açıq dərs keçirilmişdir.

Bist kənd tam orta məktəbinin direktoru Sahil Əlizadə "Laborator dərslərin məqsədi, əhəmiyyəti və faydalılığı" mövzusunda, Tivi kənd tam orta məktəbinin direktoru Nəsimi Sultanov "Laborator dərslərin vacibliyi" mövzuları dinlənildikdən sonra Xurs kənd tam orta məktəbinin biologiya müəllim Qoşqar Elmanoğlunun iştirakı ilə  müxtəlif təcrübələr nümayiş edilmişdir.

Aparılmış təcrübələr şagirdlərdə böyük marağa səbəb olmuşdur.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg