
Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nin və digər müsabiqələrin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.
Tədbirdə Təhsil naziri Rəhman Məmmədov təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, “Məktəblilərin dram müsabiqəsi” birgə layihə kimi artıq ikinci ildir, muxtar respublikada keçirilir.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərdə mütaliəyə maraq oyadılması, onlarda nitq mədəniyyətinin formalaşdırılması, cəmiyyətdə özünü müstəqil şəkildə düzgün ifadə etməsi, “Oxunması zəruri olan kitabların Siyahısı”nda olan əsərlərin, Azərbaycan və dünya xalqlarının şifahi xalq ədəbiyyatının məktəblilər arasında təbliği, onların maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması olub.
4 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Müəllimlər İnstitutunda ümumtəhsil məktəblərinin müəllimləri, “Sabahın müəllimi” layihəsinin iştirakçıları, İnstitutun professor və müəllim heyətinin iştirakı ilə V sinif riyaziyyat dərsliyinin müzakirəsi keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ötən aydan start verilmiş “Abituriyent-2020: Buraxılış və qəbul imtahanları, ixtisas seçimi” mövzusunda növbəti seminar fevralın 14-də Culfa rayonunun XI siniflərində təhsil alan şagirdlər üçün keçirildi. Seminar Culfa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında 60 şagirdin iştirakı ilə təşkil olundu.
Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 16-da ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə sınaq imtahanı keçirəcək.
Ümumtəhsil sistemində kimyadan laboratoriya işlərinin təşkili və keçirilməsi mühüm təlim-tərbiyəvi əhəmiyətə malikdir. Nəzəriyyənin praktika ilə əlaqələndirilməsində, biliklərin qavranılması və möhkəmləndirilməsində, kimyəvi anlayışların və elmi dünyagörüşün formalaşdırılmasında kimya eksperiment böyük rol oynayır. Unudulmamalıdır ki, heç bir audiovizual və elektron vəsait təbii kimyəvi eksperimentlərin yaratdığı effekti əvəz edə bilməz. 13 fevral 2020-ci il tarixdə Culfa şəhər 2 nömrəli tam orta məktəbin kimya müəllimi Həmidə Məmmədova tərəfindən VII sinif şagirdlərinin iştirakı ilə "Kimyəvi reaksiyanın tipləri" mövzusuna aid açıq dərs keçirilmişdir. Müxtəlif birləşmələr üzrə aparılan reaksiyalar şagirdlərin baza biliklərinin möhkəmlənməsində olduqca yararlı olmuşdur.