Yetkinlik yaşına çatmayanların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib

Şahbuz şəhər 1 nömrəli tam orta məktəbində Naxçıvan Muxtar Respublikası Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin Tədbirlər Planına uyğun olaraq maarifləndirici tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərin milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarında məktəbdənkənar tərbiyə müəssisələrinə, kitabxanalara, müxtəlif idman növlərinə cəlb olunmalarıdır. Rayon İcra Hakimiyyətinin nümayəndəsi Oruc Mirzəyev, Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, Şahbuz Rayon Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsi üzrə inspektoru, polis kapitanı Mirnəsir Seyidov, Təhsil şöbəsinin əməkdaşı Fikrət Cəfərov yetkinlik yaşına çatmayanların zərərli vərdişlərdən uzaqlaşdırılması, erkən nikah hallarına yol verilməməsi, onların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunması ilə bağlı ətraflı məlumat veriblər.

Ardını oxu...

Şərur rayon məktəbliləri arasında “ Mənim Ana dilim ˮ mövzusunda inşa yazı müsabiqəsi keçirilib

Şərur rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “ Mənim Ana dilim” mövzusunda  IX-XI​ sinif​ şagirdləri arasında inşa yazı müsabiqəsi keçirilmişdir. Müsabiqə üçün şagirdlərə 1 saat 30 dəqiqə vaxt verilmişdir. Yaradılan komissiya üzvləri tərəfindən qaliblər aşağıdakı şəkildə  müəyyən olunmuşdur:

I yerin qalibi- Zeyvə kənd tam orta məktəbinin  IX sinif şagirdi İsmayılova Nurtac Rəşad qızı

Ardını oxu...

Sədərək rayon müəllimləri arasında online şahmat oyunu keçirilib

Sədərək Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Sədərək Rayon Bölməsinin və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 96-cı ildönümünə həsr olunmuş Sədərək rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında  ilk dəfə olaraq  internet üzərindən canlı şahmat yarışı baş tutmuşdur.

Yarışda çıxış edən Sədərək rayon Təhsil şöbəsinin əməkdaşı Aqil Nağıyev  müəllimlərin bu cür yarışlarada  daha da həvəslə  iştirak etdiyini vurğulayaraq bildirmişdir ki, daha öncə Sədərək rayonunda ilk dəfə olaraq  şahmatçı şagirdlər arasında keçirilən online şahmat yarışı uğurlu alınmış, şagirdlərin şahmata olan marağını və rəqabət gücünü daha da artırmışdır.

Ardını oxu...

“21 fevral Beynəlxalq Ana Dili Günü” nə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir

Ordubad şəhər tam orta İnternat məktəbində “21 fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı “dəyirmi masa” keçirilib.

Tədbirə məktəbin müəllim və şagirdləri dəvət olunmuşdur.

Tədbirdə məktəbin direktoru Məzahir Xəlilov və məktəbin müəllimləri çıxış edərək bildirmişdilər ki, “Azərbaycan dili öz qrammatik quruluşuna görə zəngin, fonetik ahənginə görə qeyri-adi gözəlliyə malik bir dildir.

Ardını oxu...

Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib

14 fevral 2020-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə Kəngərli və Şərur rayon şahmatçıları arasında tempo turniri keçirilib.

Yarış şahmatın inkişafı və təbliği, uşaq və yeniyetmələrin, şahmatsevərlərin asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilib.

Tədbiri giriş nitqi ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bildirib ki, bu gün Azərbaycanda şahmatın inkişafı diqqət mərkəzindədir. Ölkə­mizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın kütləvi hal alması üçün aparılan siyasət uğurla davam etdirilir.  Vurğulanıb ki, məktəblilər arasında şahmatın təbliği və inkişafı məqsədilə məktəbdaxili, rayonlararası və rayon birinciliyi səviyyəsində yarışlar təşkil olunur.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg