Sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib

Muxtar respublikamızda bütün qəbildən olan uşaqlar hər cür dövlət qayğısı ilə əhatə olunur, onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər gənc kimi formalaşması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq 05 sentyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15-sentyabr Bilik Günü mühasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib.

Ardını oxu...

Naxçıvanda bədən tərbiyəsi müəllimlərinin futbol biliyinin artırılması üçün məşqçi kursu keçirilir

AFFA-dan dəvət edilən təcrübəli mütəxəssislər tərəfindən orta məktəblərdə fiziki tərbiyə fənnini tədris edən müəllimlərin futbol biliklərinin artırılması üçün “D” kateqoriyalı məşqçilik kursu başlayıb.

Naxçıvan Muxtar Respublikası  Gənclər və İdman, Təhsil Nazirlikləri, AFFA, eləcə də Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən kurs Bakıdan dəvət edilən futbol mütəxəssisləri Cahangir Həsənzadə və İlham Əzizzadə tərəfindən aparılır.

Ardını oxu...

Moris Meterlinkin “Göy quş” əsəri müdrik və ibrətamiz duyğular aşılayır

“Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan dünya ədəbiyyatı nümunələrindən olan Moris Meterlinkin fransız dilində yazılmış “Göy quş” əsəri 1911-ci ildə Nobel mükafatına layiq görülmüşdür. Bu əsər 6 pərdə, 12 şəkildən ibarətdir.

Əsərdə odunçunun oğlu Tiltil və Mitil qonşuluqdakı xəstə qıza əlac etmək üçün Milad bayramı gecəsi sehrli göy quşun axtarışına çıxırlar.

Bu zaman onlar dünyadan çoxdan köçmüş nənə-babalarının, eləcə də ağacların, heyvanların, işığın və gecənin ruhları ilə qarşılaşırlar. Sonra bacı və qardaş yuxudan oyanaraq öz dünyalarına qayıdırlar. Onlar başa düşürlər ki, hər bir insanın xoşbəxtliyi onun qəlbindəki sevgi və xeyirxahlıqdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilmişdir

Sentyabrın 4-də “Gənclik Mərkəzi”ndə Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın bütün təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də tikinti quruculuq işlərinin önündə təhsil quruculuğu dayanmışdır. Təkcə 2019-cu ilin birinci yarımili ərzində 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmişdir. Hazırda da bu sahədə işlər davam etdirilir.

Ardını oxu...

Naxçıvanda dövlət ümumi təhsil müəssisələrində bir sıra vakant vəzifələrə işə qəbulu üçün müsabiqə elan edilib

Komissiyadan  verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, kitabxanaçı və sair işə qəbul üçün müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər sentyabrın 4-dən oktyabrın 4-dək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalında (www.dqmk.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Elektron ərizələrin təsdiqi həftənin iş günləri saat 9:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək həyata keçirilir. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg