Artıq 9 aylıq tədris ili başa çatıb və bütün ümumtəhsil məktəblərində uşaqların yay tətili başlayıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Ağbulaq istirahət mərkəzində gənclər üçün “Yay məktəbi” təşkil olunmuşdur. 9 ay dayanmadan dərs oxuyan, imtahanlara hazırlaşan məktəblilər yay tətilini səmərəli keçirmək və yorğunluğu haradasa dincəlməklə üstlərindən atmaq istəyirlər. Bu məqsədlə məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması üçün Ağbulaq istirahət mərkəzində təşkil edilən “Yay məktəbi” hər il olduğu kimi bu il də şagidlər tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır.