Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən məktəblilərin yay tətili günlərini səmərəli, yaddaqalan, xoş və daha maraqlı keçirmək məqsədilə təşkil olunan tədbirlər davam etdirilir. Belə tədbirlərin başlıca məqsədi xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün formalaşdırılması və istiqamətləndirilməsi, təkcə bilikli yox, həm də hər hansı sənətə yiyələnmiş insanların yetişdirilməsinə nail olmaqdır.