Ümummilli liderin arzularının gerçəkləşdiyi məktəbdə 15 ildir ki, bilikli və vətənpərvər gənclik yetişdirilir.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Ona görə də Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəb də təhsilimizin böyük himayədarı ulu öndərin təşəbbüsü ilə yaradılıb və bu, görkəmli dövlət xadiminin ölkə təhsilində xüsusi çəkisi olan Naxçıvanda həmin strateji sahəyə qayğısının daha bir ifadəsi idi. 2004-cü ildə məktəb üçün müasir arxitektura üslubunda yeni bina inşa edilib, təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.