Savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanması inkişafın ən vacib amilidir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası illərdir ki, yeni cəmiyyət quruculuğunun əsasını qoyub. Ulu öndər savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib amili kimi müəyyənləşdirib və bu sahədə sistemli tədbirlər həyata keçirib.

Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı göstərir. Yeni məktəb binalarının tikilməsi, ali təhsil ocaqları, peşə və orta ixtisas məktəbləri üçün yeni tədris korpuslarının istifadəyə verilməsi gənclərin hərtərəfli təhsil almaları üçün etibarlı zəmin yaradıb.

Ardını oxu...

Ağbulağın növbəti qonaqları Şərur məktəbliləri olub

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəbləri şagirdlərinin Ağbulaq İstirahət Mərkəzində Yay məktəbi təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə baş tutan yay məktəbində iştirak edən şagirdlərə əvvəlcə mərkəz haqqında məlumat verilib, sonra ərazi ilə tanışlıq olub.

51 şagirdin iştirak etdiyi Yay məktəbində 4 gün ərzində onların asudə vaxtlarının səmərəli təşkili və biliklərinin artırılması məqsədilə müxtəlif əyləncəli oyunlar keçirilib, tarixi və ədəbi mövzularda mühazirələr dinlənilib. Muxtar respublikamızda “Oxunması zəruri olan kitablar” siyahısına daxil olan M.T.Sidqinin “Məktəb hekayələri” kitabının müzakirəsi keçirilib.

Ardını oxu...

Ümumi orta təhsil bazasında kolleclərə boş qalan plan yerlərinə qəbul elan edilir

Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerləri üzrə avqustun 27-dən sentyabrın 2-dək internet vasitəsilə ixtisas seçimi elan edir.

Orta ixtisas təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçiminə qəbul imtahanında (hər iki mərhələ üzrə birlikdə) topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılır. Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsində fənlər üzrə bal məhdudiyyəti tətbiq olunmur. Ümumi (9 illik) orta təhsil səviyyəsini Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində cari ildə bitirən abituriyentlər müsabiqədə tədris dili (Azərbaycan dili və ya rus dili), riyaziyyat və xarici dil fənlərindən buraxılış imtahanında (9-cu siniflər üzrə) əldə etdikləri nəticələr əsasında iştirak edirlər.

Ardını oxu...

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) qeydiyyatı bu gün başa çatır

 

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər avqustun 27-si saat 17:00‑dək sənədlərini müvafiq ali məktəbə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Abituriyentin təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə sentyabrın 2-dək davam edəcək.

Sədərək Rayonununda Yüngül Atletika yarışı keçirilmişdir

"Məktəblilərin yay tətilini səmərəli keçirmələri ilə bağlı ” Naxçıvan Muxtar Respublikası  Təhsil  Nazirliyinin müvafiq tədbirlər planına əsasən Sədərək rayon Təhsil şöbəsinin və Uşaq Gənclər İdman məktəbinin birgə təşkilatçılığı ilə Sədərək kənd 1 nömrəli tam orta məktəbində qızlar arasında Yüngül atletika üzrə  1500 metr məsafəyə birincilik keçirilmişdir. Tədbirdə çıxış edən məktəbin direktoru Nizami Bağırov yarışın mahiyyəti haqqında idmançılara məlumat verərək tədbiri açıq elan etmişdir. Yarışda məktəbdənkənar təhsil müəsissəsinin Yüngül atletika dərnəyinin 12 üzvü iştirak etmişdir. Yarışın sonunda 1-ci yerə Abbasova Aysu, 2-ci yerə  Şirəliyeva Günlarə ,3-cü yerə isə Abdullazadə Sevgi layiq görülmüşlər. Qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılmışlar.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg