Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şahbuz rayon Ağbulaq kənd tam ortaməktəbinin gənc müəllimini təltif etmişdir.

Fevralın 1-də Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.

Gənclər Günü münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu günün ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edildiyini xatırladıb, Ümummilli Liderin gənclərə həmişə böyük sevgi və qayğı ilə yanaşdığını bildirib. Dövlətimizin başçısı Azərbaycanda müasir gənclər siyasətinin 1994-cü ildən başladığını, həmin il Ulu Öndərin o zaman mövcud olan çətinliklərə baxmayaraq, Gənclər və İdman Nazirliyini yaratdığını və bunun da gənclər üçün imkanlar açdığını vurğulayıb. Prezident İlham Əliyev ölkəmizdə gənclərlə bağlı dövlət proqramlarının qəbul olunduğunu, bölgələrdə Gənclər mərkəzlərinin, Olimpiya İdman komplekslərinin açıldığını qeyd etdi, ölkəmizdə gənclərlə bağlı müxtəlif mötəbər beynəlxalq tədbirlərin keçirildiyini bildirib.

Ardını oxu...

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə 75 eksponat təqdim olunub

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinə Muğanlı kənd tam orta məktəbinin müəllim və şagirdləri tərəfindən qədim tariximizi və mədəniyyətimizi əks etdirən küpə, mis məişət əşyaları, daş əmək alətləri, xurcun, saxsı çıraq və digər nümunələrdən ibarət 75 eksponat təqdim olunub.

Təqdimat mərasimində çıxış edənlər qeyd ediblər ki, muzeylərə son illərdə yüksək dövlət qayğısı göstərilir. Qeyd edilib ki, bu mədəniyyət müəssisələrində 140 mindən çox maddi-mədəniyyət nümunəsi mühafizə olunaraq saxlanılır.

Son illərdə muzeyləri ziyarət edənlərin sayı da əhəmiyyətli dərəcədə artıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, bu gün muxtar respublikanın muzeyləri ilə orta məktəblər arasında distant dərslər təşkil olunur.

Eyni zamanda, muzey fondlarının zənginləşdirilməsi, onların yeni eksponatlarla təmin olunması daim diqqət mərkəzində saxlanılır. Bu prosesdə muzeylərin əməkdaşları və muxtar respublika sakinləri yaxından iştirak edirlər. Təqdimat mərasimlərinə gənc nəslin – məktəblilərin qoşulması da təqdirəlayiqdir. Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyində keçirilən növbəti eksponat təqdimatı da bunun sübutudur. Muğanlı kənd tam orta məktəbin müəllim və şagirdləri tərəfindən təqdim olunan 75 eksponat muzeyin fondunda və ekspozisiyasında yer alacaq.

Çıxış edənlər  mədəniyyətimizə, tariximizə göstərdiyi böyük diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə bu sahədə çalışan insanlar adından dərin minnətdarlığını bildirib.

Şərur rayon Muğanlı kənd tam orta məktəbinin direktoru Salman İmanov çıxış edərək bildirib ki, bu eksponatların şagirdlər tərəfindən muzeyə hədiyyə edilməsi yeni ənənənin başlanğıcını qoyacaq. Bu, həm də gənc nəslin tariximizə və mədəniyyətimizə ehtiramının ifadəsi kimi qəbul edilməlidir.

Həmin məktəbin XI sinif şagirdi Nərmin Babayeva çıxışında bu ənənənin gələcəkdə də davam etdiriləcəyindən danışaraq qeyd edib ki, mədəni sərvətlərin qorunması və yaşadılması hər bir gəncin vətəndaşlıq borcudur.

Sonda muzeyin ekspozisiyasına baxış olub.

2019-cu ildə ilk məktəb binası Dəstə kəndində istifadəyə verilib

Bu gün Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq işləri mövcud inkişaf, tərəqqi və sabitliyin bəhrəsidir. Əhalinin rahat yaşayışının təmin olunması sahəsində həyata keçirilən tədbirlərin və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. İkinci dəfə ölkəmizin investisiya reytinqinin lideri olan muxtar respublikanın yaşayış məntəqələri müasir infrastrukturu ilə seçilir. Ordubad rayonunun Dəstə kəndi də hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Kənddə geniş quruculuq işlər aparılıb, yollar yenidən qurulub, məktəb binası, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib, sakinlərin rahat və firavan həyatı təmin olunub.
Yanvarın 14-də Dəstə kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Qeyd olunub ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 900 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla 49 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, müəllimlər otağı, psixoloq otağı, kitabxana, idman zalı və bufet vardır. 2018-2019-cu tədris ilində Dəstə kənd tam orta məktəbində birinci sinfə 51 şagird qəbul olunub. Son 5 ildə məktəbin 6 şagirdi Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunub.

Ardını oxu...

Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib

Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-ci ildə görülmüşişlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.

Kollegiyada Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazasının daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. 2018-ci il ərzində Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda İbadulla, Ərəbyengicə, Kosacan, Babək rayonunda Aşağı Buzqov, Yuxarı Buzqov, Culfa rayonunda Dizə, Qazançı kənd tam orta məktəbləri, Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Ardını oxu...

İnteraktiv açıq dərsdə termodinamikanın qanunlarından bəhs olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs təşkil olunub. Dərsdə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “Termodinamikanın qanunları” mövzusundan danışıb.

Bildirib ki,termodinamika müxtəlif növ enerjilərin qarşılıqlı çevrilmələri və bu çevrilmələrin qanunlarını öyrənən elmdir. Termodinamikanın qanunları fizika fənnində öyrənilir. Eyni zamanda kimyəvi reaksiyalardada termodinamik parametrləri bilmək mütləqdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg