Bakı şəhərində “Şahin” hərbi idman oyununun Azərbaycan birinciliyi keçirilib. Birincilikdə Naxçıvan Muxtar Respublikasını Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin komandası təmsil edib.
17 komandanın iştirak etdiyi birincilikdə 1 nömrəli tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Sonda iştirakçılara təşkilatçılar tərəfindən diplom və hədiyyələr təqdim olunub.
Şagirdlərin mütaliəyə təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində tədbirlər davamlı keçirilməlidir. Bu barədə muxtar respublikanın ümumtəhsil məktəblərində aprel ayında keçirilən “Mütaliə aylığı”nın yekunu ilə bağlı tədbirdə danışılıb.
“Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika final mərhələsinin qalibi olmuş Babək rayon Payız kənd tam orta məktəbinin komandasının mükafatlandırılması mərasimi keçirilib.
Aprelin 24-dən 28-dək Göygöl Olimpiya İdman Kompleksində "Vətənin müdafiəsinə hazıram" Poliatlon çoxnövçülüyü üzrə ölkə çempionatının final mərhələsi keçirilib. Naxçıvan Muxtar Respublikasını yarışda Babək rayon Payız kənd tam orta məktəbin komandası təmsil edib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprel ayı ümumtəhsil müəssisələrində “Mütaliə aylığı” elan olunmuş və bununla bağlı Tədbirlər Planı təsdiq edilmişdir.