Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2018-ci ildə görülmüşişlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Kollegiyada Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazasının daha da möhkəmləndirilməsi, tədris prosesinin günün tələbləri səviyyəsində qurulması istiqamətində tədbirlər ötən il də davam etdirilib. 2018-ci il ərzində Naxçıvan şəhərində 6 nömrəli, Şərur rayonunda İbadulla, Ərəbyengicə, Kosacan, Babək rayonunda Aşağı Buzqov, Yuxarı Buzqov, Culfa rayonunda Dizə, Qazançı kənd tam orta məktəbləri, Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları sona çatmışdır.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, ümumtəhsil məktəblərinin psixoloq kadrları ilə təmin olunması diqqətdə saxlanılıb, 2018-ci ildən etibarən isə psixoloqların ümumtəhsil müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə aparılır. Hazırda ümumtəhsil müəssisələrində 177 psixoloq fəaliyyət göstərir. Onun da 13-ü müsabiqə yolu ilə işə qəbul olunub.
Konfransın keçirilməsində məqsəd məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsidir.