İyul ayının 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi aparatının əməkdaşları, Şəhər və Rayon Təhsil şöbələrinin müdirləri və məktəb direktorlarının iştirakı ilə Təhsil Nazirliyinin yeni www.tehsil.nmr.az saytının təqdimatı keçirilib.
Təqdimat mərasimində Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-texniki bazaları gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Təhsil Nazirliyinin yeni portalının yaradılması isə təhsil sahəsində məlumatların internet istifadəçilərinə daha tez çatdırılmasında mühüm rol oynayacaqdır.