DİM-in Naxçıvan Regional Bölməsində riyaziyyat və ingilis dili fənləri üzrə hazırlıq kursları təşkil edilib

Kurslarda elektron qeydiyyatdan keçmiş, fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər iştirak ediblər.

Hazırlıq kurslarında riyaziyyat fənni üzrə DİM-in aparıcı məsləhətçisi Samir Hüseynli, ingilis dili fənni üzrə moderator Xədicə Cəfərova yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair təqdimatlarla çıxış ediblər.

Ardını oxu...

Olimpiada qalibləri mükafatlandırılıb

Muxtar respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunlar isə təhsilin səviyyəsinin yüksəldilməsinə geniş imkanlar açır. İstedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində də müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında hər il muxtar respublikada keçirilən fənn olimpiadaları mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

Pedaqoji təcrübənin başlanğıc konfransı keçirildi

“Naxçıvan” Universitetində pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrlə təcrübəqabağı konfrans keçirilib.

Universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin hamiliyə verilmiş Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, informatika, xarici dil müəllimliyi və filologiya ixtisası üzrə III kurs, həmçinin riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələri ilə keçirilən təcrübəqabağı konfransın əhəmiyyətindən danışıb.

Konfransda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, “Naxçıvan” Universitetində yaradılan müasir təhsil və yüksək sosial məişət-şəraitinin nəticəsidir ki, ötən il məzunlardan 220-si ixtisas seçimi zamanı bu təhsil ocağını seçib. Həmin 220 abituriyentdən 104-ü pedaqoji profilli ixtisaslarda təhsil alır. Qeyd olunub ki, bu tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə “Naxçıvan” Universitetinin 8 məzunu yüksək nəticə göstərərək işlə təmin olunub. Bununla yanaşı vakant vəzifələrə işə qəbul üçün keçirilən imtahanların nəticələrinə uyğun olaraq universitetin 1 məzunu ümumtəhsil məktəblərində psixoloq, 1 məzunu isə tərbiyəçi vəzifəsinə təyin olunub.

Ardını oxu...

Fənn olimpiadasının şəhər və rayon mərhələsi keçirilib

Təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər həyata keçirilir. 
Şagirdlərdə özünəinam hissini formalaşdırmaq, onların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarını aşkara çıxarmaq, ali və orta ixtisas məktəblərinə qəbulunun daha yüksək səviyyədə olmasını təmin etmək, təhsildə sağlam rəqabət yaratmaq məqsədilə istedadlı şagirdlər arasında təşkil olunan fənn olimpiadaları da belə tədbirlərdəndir. 
Dünən IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının I şəhər və rayon mərhələsi keçirilib. 545 şagirdin iştirak etdiyi bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, və coğrafiya fənləri üzrə keçirilən həmin olimpiadada ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri biliklərini sınayıb. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 20-30 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt verilib.

Ardını oxu...

Qəbul imtahanlarının yeni qaydaları ilə bağlı elmi-metodik seminarlar keçirilib

Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında Azərbaycan dili, riyaziyyat, ingilis, fransız və rus dili fənləri üzrə Naxçıvan şəhərində elmi-metodik seminarlar keçirilib.

Naxçıvan Döv­lət Texniki Kollecində bununla bağlı keçirilən plenar iclası Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq bildirib ki, bu gün muxtar respublikamızda təhsil və ixtisaslı mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsidir ki, təhsilin keyfiyyəti hər il yüksəlir, ali təhsil müəssisələrinə tələbə qəbulunun keyfiyyət göstəricilərində davamlı artım dinamikası müşahidə edilir.
Qeyd olunub ki, bu ildən etibarən təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin tətbiqinə başlanılıb. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı yeni qaydalar hazırlanıb. Yeni imtahan modeli məktəbin və müəllimin həm məsuliyyətinin, həm də nüfuzunun artmasına, eyni zamanda şagirdlərin biliklərinin hərtərəfli qiymətləndirilməsinə əhəmiyyətli şəkildə təsir edəcəkdir.
Vurğulanıb ki, bu gün keçirilən elmi-metodik seminarlarda əsas məqsəd yeni qaydalar və modellər haqqında məlumat verməkdir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg