Naxçıvan Dövlət Texniki Kollecində Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu ilə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Aparat rəhbəri Rəşad Əlizadə qeyd edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul oluna bilərlər.
Tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov “Sabahın müəllimi” layihəsinin məqsədinin muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına və gənc kadrların işlə təminatına müsbət təsir göstərəcəyini qeyd edib.
İyunun 14-də muxtar respublikanın ümumtəhsil müəssisələrində “Son zəng” tədbirləri keçirilib.
Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Heydər Əliyev Muzeyi arasında “Qurtuluşdan başlanan yol” mövzusunda interaktiv dərs keçirilib. Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.
Bu gün muxtar respublikada iqtisadiyyatın inkişafı, tikinti və xidmət sahələrinin genişləndirilməsi, sənaye müəssisələrinin yaradılması, yeni maşın və mexanizmlərin tətbiqi peşə təhsilini günün tələbinə çevirmişdir.