Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin II, III və IV sinif şagirdləri arasında keçirilən “Hər bir uşaq istedadlıdır” adlı bilik yarışına yekun vurulub.
Bilik yarışının keçirilməsində məqsəd şagirdlərin təhsilə marağını artırmaq və yeni biliklər qazandırmaq, məktəblilərin intellektual səviyyəsini, bilik və məlumat bazasını möhkəmləndirmək, Azərbaycanın zəngin milli mədəniyyətinin və tarixinin təbliği, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, şagirdlər arasında sağlam rəqabət mühitini formalaşdırmaq, yaradıcı qabiliyyətlərinin reallaşdırılması üçün əlverişli şərait yaratmaq, habelə qoyulmuş problemlərin praktiki həllinə, yaradıcı yanaşma vərdişlərinin yaradılmasına dəstək verməkdən ibarət olub.