Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində “Mütaliə aylığı” çərçivəsində tədbirlət təşkil edilib.
Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə tədbir keçirilib. Naxçıvan Müəllimlər İnstitutunun tələbələri və məktəbin şagirdlərinin birgə hazırladığı tədbirdə dahi söz ustadının zəngin yaradıcılıq yoluna nəzər salınmış, sənətkarın əsərlərindən hissələr şagirdlər tərəfindən səhnələşdirilmiş, xəmsəyə daxil olan poemalar haqqında ətraflı məlumat verilmişdir. Nizami Gəncəvinin “Yaralı uşağın dastanı”, “Kərpickəsən kişinin dastanı” əsərləri şagirdlər tərəfindən səhnələşdirilmişdir. Şairin portreti məktəbin VI sinif şagirdi İsmayılova Qəmər Cavid qızı tərəfindən çəkilmişdir.