Sədərək rayon idman klublarında və ümumtəhsil məktəblərində “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş tədbirlər keçirilib.
Belə ki, Sədərək Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının rayon bölməsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayon ümumutəhsil məktəblərinin şagirdləri arasında atletika idman növü üzrə rayon birinciliyi keçirilib. Sədərək Rayon Mərkəzi Stadionunda keçirilən birincilikdə 3 komanda olmaqla 48 idmançı şagird iştirak edib. Yarış oğlan və qızlar arasında, atletikanın qaçış, nizə atma və yadro itələmə növləri üzrə keçirilib. Yekun nəticələrə əsasən Sədərək kənd 1 nömrəli tam orta məktəbin komandası I yerə, Qaraağac kənd tam orta məktəbin komandası II yerə və Sədərək kənd 2 nömrəli tam orta məktəbin komandası isə III yerə layiq görülüb. Qalib komanda və idmançılar təşkilatçılar tərəfindən kubok və diplomlarla təltif ediliblər.