Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvanımızı tanıyaq” adlı müsabiqəyə start verilib. Müsabiqənin keçirilməsində məqsəd müasir Naxçıvanın inkişaf yolları, qədim tarixi, zəngin mədəniyyəti, incəsənəti, görkəmli nümayəndələri haqqında şagirdlərin biliklərini artırmaq, onlarda Vətənə, torpağa bağlılıq hisslərini gücləndirmək və xüsusi istedada malik şagirdləri aşkara çıxarmaqdan ibarətdir.
2 mərhələdə təşkil edilən müsabiqənin şəhər (rayon) mərhələsinin 10 mart 2021-ci il tarixdən 29 aprel 2021-ci il tarixədək, muxtar respublika mərhələsinin isə 5 may 2021-ci il tarixdə keçirilməsi nəzərdə tutulub. Müsabiqə IX-XI sinif şagirdləri arasında keçirilir.