17 mart 2021-ci il tarixdə Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbində Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şahmat dərsini tədris edən müəllimlərlə görüş keçirilmişdir.
Görüşdə çıxış edənlər son illərdə Naxçıvan Muxtar Respublikasında, o cümlədən Culfa Rayonunun əhatə etdiyi ümumtəhsil məktəblərində şahmat sinifləri yaradılmış və bu siniflərin hamısı şahmat avadanlıqları və elektron lövhələrlə təmin edilmişdir. Təqdirolunası haldır ki, muxtar respublikamızda əhalinin bütün təbəqələri şahmata cəlb olunur, dövlət idarələrinin əməkdaşları arasında, eləcə də məhdud fiziki imkanlı şəxslər arasında da şahmat yarışları təşkil edilir. Bir sözlə Naxçıvan Muxtar Respublikasında şahmata maraqlı insanların bu idman növü ilə məşğul olması üçün hər bir şərait yaradılır.