Aşıq poeziyasının, ümumən ədəbiyyatımızın ən uca zirvələrindən sayılan böyük ustadımız Aşıq Ələsgərin adı, yaradıcılığı xalqımız üçün əziz və doğmadır. Aşıq Ələsgər XIX əsrin müdrik ozanı, korifey sənətkarı kimi tarixə düşmüş, böyük istedad sahibi kimi xalqımızın əxlaqi sərvətlərini, mənəvi dəyərlərini, adət-ənənələrini, sevincini kədərini çox böyük ustalıqla öz əsərlərində əks etdirmişdir.
Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrini ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırmış, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş etmişdir.