• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1730
mod_vvisit_counterDünən1915
mod_vvisit_counterBu həftə1730
mod_vvisit_counterBu ay23136
mod_vvisit_counterÜmumi2963947

Tarix: 13 Yan., 2025

Respublika fənn olimpiadalarının yarımfinal turu keçiriləcək

Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunun keçiriləcəyi tarixlər açıqlanıb.

Belə ki, martın 8-də informatika fənni, martın 10-da isə digər fənlər (Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya) üzrə respublika mərhələsinin yarımfinal turu keçiriləcək.

Olimpiadaların yarımfinal turu mövcud pandemiya şəraitinə uyğun olaraq, muxtar respublika üzrə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə təşkil ediləcək. Muxtar respublika üzrə ümumilikdə, 305 şagird bu mərhələdə iştirak hüququ qazanıb.

Ardını oxu...

Babək rayon ümumtəhsil məktəblərində tədbirlər keçirilmişdir

 

Məktəblilərin bilik və bacarıqlarını artırmaq, intelektual səviyyələrinin inkişafı və müsbət vərdişlərin formalaşması məqsədi ilə Babək rayon ümumtəhsil məktəblərində bir sıra tədbirlər keçirilmişdir. Belə ki, Babək şəhər 1 nömrəli tam orta məktəbdə Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nə həsr olunmuş baksedbol üzrə yoldaşlıq görüşü keçirilmişdir. Oyun Nehrəm qəsəbə 1 nömrəli və Babək şəhər 1 nömrəli tam orta məktəblər arasında baş tutmuşdur. Oyunun sonunda komandalar diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılmışdır.

Babək rayon Uzunoba kənd tam orta məktəbində isə məktəb rəhbərliyi tərəfindən mülkü müdafiə gününə həsr olunmuş tədbir keçirilmişdir. Mülkü müdafiə gününün əhəmiyyəti haqqında şagirdlərə ətraflı məlumat verildikdən sonra fövqaladə hal zamanı ilkin tibbi müdaxilənin vacibliyi və qaydaları şagirdlərə izah olunmuşdur.

Ardını oxu...

Ordubadda dram müsabiqəsinin rayon mərhələsi keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Ordubad Rayon Mədəniyyət Evində məktəblilərin dram müsabiqəsinin rayon mərhələsi keçirilib. Müsabiqə oxunması zəruri olan kitabların mütaliəsi, şagirdlərdə nitqin inkişafı, istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə keçirilir.

Ordubad rayonu üzrə 5 ümumtəhsil məktəbindən ümumilikdə 45 şagirdin iştirak etdiyi müsabiqənin rayon mərhələsində Ordubad şəhər 3 nömrəli, Aşağı Əylis, Vənənd, Sabirkənd və Əndəmic kənd tam orta məktəbləri mübarizə aparıblar.

Ardını oxu...

Ordubad rayonunda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd edilməsi məqsədilə tədbirlər keçirilmişdir

Ordubad Rayon Texniki Peşə və Sürücülük Məktəbində Ordubad Rayon Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının yerli rayon bölməsinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd edilməsi məqsədilə oğlan və qız atletlərdən ibarət rayon ümumtəhsil məktəblərinin komandaları arasında atletikanın qaçış idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda 10 komanda üzrə ümumilikdə 60 idmançı birincilik uğrunda mübarizə aparmışlar. Tədbirin açılış mərasimində çıxış edənlər bədən tərbiyəsi və idmana olan dövlət qayğısını diqqətə çatdırmış və komandalara uğurlar arzulamışlar. Maraqlı və gərgin mübarizənin yekun nəticəsinə əsasən Ordubad şəhər 3 nömrəli tam orta məktəbin komandası I, İnternat tam orta məktəbinin komandası II, Vənənd kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşdür. Yarış üzrə fərdi nəticələrə görə isə oğlanlar arasında Bayramlı Tağı İntiqam oğlu, qızlar arasında isə Sadiqli Səkinə İnsaf qızı yarışın qalibi olmuşdur. Sonda qalib komandalar və yüksək nəticə göstərən idmançılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla mükafatlandırılmışdır.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg