• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1092
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə4829
mod_vvisit_counterBu ay26235
mod_vvisit_counterÜmumi2967046

Tarix: 15 Yan., 2025

Müəllim adına verilən yüksək qiymət cəmiyyətin inkişafına verilən dəyərdir

Müəllimlər cəmiyyətin memarlarıdır desək, yəqin ki, səhv etmərik. Bu danılmaz bir həqiqətdir ki, hər kəsin layiqli vətəndaş kimi formalaşmasında müəllimlərimizin əvəzsiz xidmətləri vardır. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin isə etibar etdiyi şəxsdir. Bir şəxsiyyət kimi formalaşmağımızda bu peşə sahiblərinin üzərimizdə böyük zəhməti və əvəzsiz xidmətləri var. Onlar bizim daxili dünyamızı zənginləşdirməklə yanaşı, hərtərəfli tərbiyə edir, savad verir və ən əsası isə vətəndaş kimi formalaşmağımıza yardım edir. Ölkəmizin, xalqımızın gələcəyi naminə müəllimlik peşəsinə və bu peşə sahiblərinə dövlət səviyyəsində daim layiqli qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən müəllim əməyinə göstərilən qayğının davamı olaraq 5 oktyabr 2020-ci il tarixdə Naxçıvan Qızlar Liseyinin müəllimi Əsgərova Gülmirə Amən qızı, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin müəllimi Xəlilov Cavid Məmməd oğlu, Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin müəllimi İsmayılova Ceyran Adil qızı, Sədərək kənd 2 nömrəli tam orta məktəbin müəllimi Hüseynova Arzu Ələsgər qızı, 8 fevral 2021-ci il tarixdə isə Ordubad rayon Nüsnüs kənd tam orta məktəbin müəllimi Əliyeva Səbahət Əli qızı, Heydər Əliyev adına Hərbi Liseyin müəllimi Zeynalova İradə İsmayıl qızı və Ərəfsə kənd tram orta məktəbinin müəllimi Nəcəfova Tərlan Məhəmməd qızına “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarının verilməsi təhsilimizə, elmimizə verilən yüksək dəyərin bariz nümunəsidir.

Ardını oxu...

Müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarında iştirak edəcək müəllimlərin nəzərinə!

1 mart 2021-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin inzibati binasında müəllimlərin işə qəbulu və sertifikatlaşdırma imtahanlarında iştirak edəcək şəxslər üçün yeni hazırlıq kursları fəaliyyətə başlayacaqdır.
Aylıq ödənişi 70 manat olan hazırlıq kursu 2 sahə - kurikulum və pedaqogika istiqamətləri üzrə aparılacaqdır.
İbtidai sinif müəllimləri üçün isə Azərbaycan dili, riyaziyyat, kurikulum və pedaqogika istiqamətləri üzrə hazırlıq kursunun aylıq ödəniş məbləği 120 manatdır.
İştirakçıların hazırlıq səviyyəsini müəyyən etmək üçün hər ay Dövlət İmtahan Mərkəzinin Test mərkəzində sınaq imtahanları keçiriləcəkdir. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi hazırlıq kursunun iştirakçısı olan müəllimlər sınaq imtahanlarında güzəştli qiymətlərlə iştirak edəcəklər.
Hazırlıq kursuna qəbul üçün qeydiyyat Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin inzibati binasında (Naxçıvan şəhəri, C.Məmmədquluzadə küçəsi 23) aparılır.

Əlavə məlumat üçün:
Tel: (036) 545-65-71
E-mail: Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.

Sağlamlıq imkanları məhdud uşaqlar üçün Ebru sənəti dərnəyində kurs təşkil edilib

Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunmuş, onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılmışdır. Sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması, təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan uşaqların təlim-tərbiyəsi, onların hüquqlarının müdafiə olunması, asudə vaxtlarının səmərəli təşkili, dünyagörüşlərinin formalaşması, eləcə də müxtəlif sahələrdə bilik və bacarıqlarının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüş, muzeylərə, tarixi abidələrə virtual gəzintiləri, həmçinin məktəbdənkənar tərbiyə müəssisələrinin dərnəklərinə onlayn ekskursiyaları təşkil olunmuşdur.

Ardını oxu...

Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydər Əliyev Muzeyində       11 fevral 2021-ci il tarixdə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə açıq dərs keçirilmişdir.

Muzeyin bələdçisi Hicran Bədəlova “Ümummilli lider Heydər Əliyev irsinin qorunmasında və təbliğ olunmasında Heydər Əliyev Muzeyinin rolu” mövzusunda keçdiyi açıq dərsdə şagirdlərə  geniş məlumatlar vermişdir.

Ardını oxu...


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg