• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1477
mod_vvisit_counterDünən1986
mod_vvisit_counterBu həftə5214
mod_vvisit_counterBu ay26620
mod_vvisit_counterÜmumi2967431

Tarix: 15 Yan., 2025

“Naxçıvan Muxtar Respublikasının muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda interaktiv dərs keçilib

Fevralın 9-da muxtar respublikanın ümumtəhsil məktəbləri ilə AMEA Naxçıvan Bölməsi arasında “Naxçıvan Muxtar Respublikasının muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda interaktiv dərs keçilirib.

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümü ərəfəsində təşkil olunan interaktiv dəsrdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli Naxçıvan Muxtar Respublikasının yaradılmasının Azərbaycanın siyasi tarixində əhəmiyyəti, Naxçıvanın muxtariyyət statusu, inkişaf yolu və müstəqillik illərində  muxtar respublikanın həyatının bütün sahələrində fasiləsiz aparılan irimiqyaslı quruculuq və abadlıq işləri haqqında məlumat verib.

Ardını oxu...

Ali Məclisin Sədri təltiflər barədə Sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:

Əliyeva Səbahət Əli qızı

Nəcəfova Tərlan Məhəmməd qızı

Zeynalova İradə İsmayıl qızı − “Əməkdar müəllim” fəxri adı ilə;

Ardını oxu...

Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması üçün 14 yanvar - 16 aprel 2021-ci il tarixlərdə keçiriləcək test imtahanlarının qrafiki

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırması üçün 14 yanvar-16 aprel 2021-ci il tarixlərdə keçiriləcək test imtahanlarının QRAFİKİ ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

"muellimler_sertifikasiya_2021.php"

Ardını oxu...

Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Culfa Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Culfa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə Culfa Rayon Təhsil Şöbəsinin metodisti Cəfərov İlqar Tağı oğlu, məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri və məktəbli şagirdlər iştirak etmişdir.

Tədbiri İlqar Cəfərov açaraq qeyd etmişdir ki, 2021-ci il Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Nizami Gəncəvi” ili elan edilmişdir. Tədbirdə məktəbin ədəbiyyat müəllimi Mahirə Səfərova “Nizami Gəncəvi yaradıcılığında mütərəqqi ideyalar” mövzusunda şairin  həyat və fəaliyyəti ilə əlaqədar ətraflı məlumat vermişdir. Məktəbin VIII sinif şagirdləri klassik ədəbiyyatımızda ölməz incilər yaradan Nizami Gəncəvinin seçilmiş əsərlərindən parçalar səsləndirmişdir. Şagirdlər “Nizami Gəncəvi əsərlərində nəsihətamiz fikirlər”, “Sirlər Xəzinəsi” poemasından parçalar qiraət etmişlər.

Sonda tədbir iştirakçılarına dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən slayt-video nümayiş etdirilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg