Həmin gün Nüsnüs kəndində yeni xidmət mərkəzinin də açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 6 sakin işlə təmin olunub. Mağazada, əsasən, yerli sənaye və ərzaq, o cümlədən ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilir.