Fevralın 5-də muxtar respublikada ilk dəfə olaraq məktəblilər arasında keçirilən “Mental Aritmetika” müsabiqəsinə yekun vurulub. Ümumilikdə 2 mərhələdə keçirilən müsabiqə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində təşkil edilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən müsabiqənin əsas məqsədi şagirdlərdə yaddaş, qavrama, xəyal gücünü, məntiqi düşünmə bacarığını, riyazi hesablamaların zehində sürətli aparılmasını və zehni aritmetika əməliyyatlarını doğru şəkildə icra etmələrini inkişaf etdirməkdən ibarət olub.